Homepage Ruzgar Photos

 

Həyata keçirilən proyektlərin qoyulan məsələlərinin, fəaliyyət dairələrinin, fəaliyyətin əsas istiqamətlərinin qısa təsviri

         Sovet inzibati-komanda dövlət idarəçiliyi 70 il ərzində vətəndaş cəmiyyətinin inkişafına mane olurdu, cəmiyyətin aktual problemlərinin həllində vətəndaş təşəbbüskarlığı çox aşağı idi. Belə şəraitdə əsas diqqət istehsalın inkişafına yönəlirdi. Ətraf mühitin qorunması və əhalinin sağlamlığı problemlərinə ikinci dərəcəli məsələlər kimi yanaşılırdi. Ətraf mühitin qorunması problemləri üzrə ictimai cəmiyyətlər həm Azərbaycanda, həm də keçmiş Sovet İttifaqının digər ölkələrində, demək olar ki, yox idi. Ətraf mühitin qorunmasında və yaxşılaşdirilmasında vətəndaşların təşəbbüslərinin yüksəlməsi, onların fikrinin nəzərə alınması, ekoloji məsələlərin həlli üçün dövlət orqanlarına təsir və həyata keçirilən proyektlərin ictimai ekspertizası haqqında söhbət belə ola bilməzdi. Bu Sumqayıtin şəhərətrafının neft-kimya sənaye kompleksinin təsiri altında ölü zonaya, Abşeron yarımadasının 14000 hektar torpaq sahəsinin – neftli göllərə çevrilməsinə, Bakının “Qara şəhər” adlanan hissəsinin neftayırma komplekslərinin tullantıları ilə çirklənməsinə və s. gətirib çıxarmışdır.

        Sovet İttifaqının dağılmasından sonra müstəqil ölkələrin əksəriyyətində demokratik islahatların inkişafı fonunda ekoloji problemlərin həllində vətəndaş aktivliyi yüksəldi. Vətəndaşların qeyri-siyasi, gəlirsiz və qeyri-dövlət ictimai birlikləri formasında ətraf mühitin qorunması uğrunda ictimai hərəkatlar formalaşmağa başladı. Daha çox demokratik inkişaf etmiş ölkələrdə bu cəmiyyətlər artıq ətraf mühitin qorunması sahəsində dövlət siyasətinin formalaşmasına əsaslı təsir göstərirlər, əhəmiyyətli proyektlərin reallaşmasına da tə’sir göstərmək imkanına malikdirlər. Bu artıq öz müsbət nəticələrini verməkdədir.

      Azərbaycanda ilk ekoloji-ictimai cəmiyyət (Azərbaycanin Təbiəti Mühafizə Cəmiyyəti) 60-cı illərdə yaranmışdır. Lakin yuxarıda göstərilən səbəblərə görə o, həmin illərdə ölkənin ekoloji siyasətinə ciddi təsir göstərə bilməzdi. 90-cı illərin əvvəllərində Azərbaycan Yaşıllar Hərəkatı və Azərbaycan ekoloji İttifaqı yarandı. 1996-cı ildə Azərbaycanda cəmi 6-7 ictimai-ekoloji cəmiyyət mövcud idi. Hal-hazırda ətraf mühitin mühafizəsi üzrə 40-dan çox qeyri-dövlət təşkilatları (QDT) fəaliyyət göstərir.

Bu cəmiyyətlərin siyahısı və onlar haqqında məlumatlar cədvəl 1-də göstərilmişdir.       

 

  Homepage Ruzgar Photos