|
İstehsal
müəssisələri və təbiəti mühafizə
edən dövlət orqanları ilə qarşılıqlı
əlaqə
Azərbaycanın ekoloji QDT ictimai-metodik və informasiya
dəstəyi əsasən iki mərkəzdən
həyata keçirilir: 1) İSAR-Azərbaycan və 2) QDT
forum UNDP resurs mərkəzində.
Hər
iki mərkəzdə sistematik olaraq QDT nümayəndələrinin
istehsal müəssisələri və təbiəti mühafizə
edən dövlət orqanları nümayəndələri
ilə görüşləri təşkil edilir. Təkcə
1999-2000-ci illər ərzində QDT ilə BP, İWAKO,
Frontera-Resources, Dames & Moor və s. neft şirkətlərinin
görüşləri təşkil edilmişdir. 2000-ci il
16 noyabrda BP Azərbaycanın qeyri-dövlət ekoloji
cəmiyyətləri ilə Şah dəniz proyektində
işlərin həcminin təyin edilməsi üzrə
seminar təşkil etmişdir.
Azərbaycan
QDT Milli Fəaliyyət Planının Ətraf mühitin
Mühafizəsi (yaşıllar
Hərakatı), Ozonosferanın Mühafizəsi
(Ekoyl, Bizim ev), İqlimin Dəyişməsi
(Ruzgar), Biomüxtəlifliyin qorunması (Ekoloji ittifaq),
Ramsar konvensiyası (Ornitoloji cəmiyyət), Səhralaşmaya
qarşı mübarizə (Yaşıllar Hərəkatı,
Ruzgar) üzrə yerinə yetirilməsində iştirak
edirlər.
Demək olar ki,
QDT tərəfindən keçirilən bütün tədbirlərə
istehsal müəssisələrinin, dövlət təbiəti
mühafizə orqanlarının, kütləvi informasiya vasitələrinin
nümayəndələri və alim-ekoloqlar dəbət
edilirlər.
|