|
İctimai
ekspertizada iştirak və Beynəlxalq proyektlərin
həyata keçirilməsi
Neft
sənayesində ətraf mühitin qorunması üzrə
İctimai-ekoloji hərəkatın formalaşması
Azərbaycanın əksər ekoloj QDT üstünlük verilən
fəaliyyət istiqamətinə daxildir. Onların
son 2-3 ildəki fəaliyyəti göstərir ki, neft
proyektlərinin ümumxalq dinlənilməsinin təşkili
(əsasən OVOS proyektləri), onların ictimai ekspertizasının,
müstəqil monitorinqin və ətraf mühitin çirklənmə
mənbələrinin inventarizasiyasının
keçirilməsi yolu ilə ekoloji təbliğatın
təşkili üçün tam və dəqiq informasiya almaq
olar. Belə təbliğat neft sənayesində ətraf
mühitin qorunması üzrə ictimai hərəkatın
formalaşmasını stimullaşdırır və
müəyyən şəraitdə neft proyektlərində
və kontraktlarında müsbət dəyişikliyə
gətirir.
2000
ci ildə İSAR-ın kooperativ proyektlər proqramı
QDT ilə sıx əlaqəni stimullaşdırdı.
Verilən proqram üzrə Qəbələ RLS –in Ekoloji
təsiri, Xəzər suitilərinin kütləvi məhvi,
Şirvan qoruğu və s. üzrə uğurlu proyektlər
həyata keçirilmişdir.
Ekologiya üzrə əhəmiyyətli problemlərin
həlli zamanı QDT nümayəndələri müzakirələrə
cəlb edilirlər ki, bu da müsbət nəticələr
verir. Misal olaraq aşağıdakı faktları
göstərmək olar: 1996-2000-ci illər ərzində
təkcə “Ruzgar” İctimai Cəmiyyəti neft sənayesi
obyektlərində çirklənmə mənbələrinin
ictimai-ekoloji monitorinqi üzrə 5 proyekt həyata keçirmişdir.
Belə obyektlərə “Azərneftyağ” və “Azərneftyanacaq”
neftayırma kompleksləri, Bakı-Supsa Magistral neft
kəmərləri, 2-ci Dəniz terminalı və
s. aiddir. Cəmiyyətin nəticə və tövsiyələri
istehsal orqanlarının nəzərinə çatdırılıb
və tam və ya qismən proyektlərdə nəzərə
alınmışdır. “Ruzgar” cəmiyyətinin
əsas fəaliyyəti hava mühitinin neft sənayesi
obyektləri ilə çirklənməsinə ictimai monitorinqin
keçirilməsi və onun qorunması üçün ekoloji təbliğatın
təşkilinə istiqamətlənmişdir. Cəmiyyət
1998-ci ildən hava mühitinin çirklənməsinin qarşısının
alınması üzrə Beynəlxalq Assosiasiyalar İttifaqının
(İUAPPA)
üzvüdür və beynəlxalq əməkdaşlıq
çərçivəsində Azərbaycanda hava mühitinin çirklənməsinin
qarşısının alınması sualları
ilə məşğul olur.
|