|
Aqroekologiya
problemləri
Azərbaycanın
aqrar siyasəti kənd təsərrüfatı istehsalının
o səviyyəyə qədər inkişafı üçün
şərait yaradılmasına istiqamətləndirilmişdir
ki, bu həm yerli məhsullarla əhali və sənayenin
tələbatının tam ödənilməsinə,
həm eksport potensialının yüksəlməsinə
və xarici bazarlarda kənd təsərrüfatı məhsulları
və xammalı ilə möhkəmlənməyə
kifayət etsin. Aqrar islahatlar nəticəsində
böyük dövlət və kollektiv təsərrüfatlarından,
çox sayda kiçik şəxsi və kooperativ
təsərrüfatlara və istehsal vahidlərinə
keçid kənd təsərrüfatının ətraf mühitə
təsirinin məhdudlaşdırılması və
qiymətləndirilməsi problemini çətinləşdirmişdir.
Mineral gübrələrin və pestisidlərin, habelə
su işlənməsinin indiki səviyyə ilə
müqayisədə artımı gözlənilir ki, bu da
belə əsas həyat təminatı sferasında
ekoloji və resursoenergetik böhranların səviyyəsini
əhəmiyyətli dərəcədə qaldırır.
Bu tendensiyanın qarşısını almaq üçün kənd
təsərrüfatı istehsalının aqrosistemlərdə
və aqrolandşaftlarda mühityaradıcı və məhsuldarlıq
proseslərinin ekologizasiya və biologizasiyasına
əsaslanan, eyni zamanda və qarşılıqlı
surətdə iqtisadi və ekoloji kateqoriyaların,
kriteri və normativlərin funksiyalaşmasını
təmin edən adaptiv intensifikasiyanı həyata
keçirməkdir.
Torpağın
məhsuldarlığına antropogen fəaliyyətin
təsiri böyükdür. Ən mühüm faktorlardan biri alaq və
həşəratların məhvi üçün ximikatların
və məhsuldarlığı artırmaq üçün mineral
gübrələrin tətbiqidir. 1989-cu ilin mə’lumatlarına
əsasən Azərbaycanın kənd təsərrüfatında
80 adda 40 min tondan çox pestisid işlədilmişdir.
Onları 3 qrupa bölmək olar: 1) Xlororqanik birləşmələr
– torpaqda, bitki və heyvan məhsullarında toplanır,
2) Fosfororqanik birləşmələr – bu birləşmələr
qrupunun əsas üstünlüyü onların ətraf mühitdə
nisbətən az davamlılığıdır, 3)
Civəorqanik birləşmələr – yüksək uçuculuğu
və davamlığı ilə fərqlənir. Civə
buxarları anbarların divarlarında, tikinti konstruksiyalarında,
stellajlarda çökərək havanın pestisidlərlə
ikinci çirklənməsini əmələ gətirir
və xüsusilə, saxlanma zamanı zəhərlənmə
təhlükəsi yaradır.
Sovet
İttifaqının dağılmasından sonra pestisidlərin
tətbiqinin xeyli azalmasına baxmayaraq, onların torpaqda
yığılan konsentrasiyası yol verilən normadan
çoxdur. Sənaye və kənd təsərrüfatında
insan fəaliyyəti nəticəsində ölkə
ərazisində 31 min ha neftlə, 10 min ha kimyəvi
məhsullarla, 5600 ha kanal tikinti tullantıları ilə,
1600 ha daş karyeraları iləvə s. çirklənmişdir.
Ekoloji nöqteyi-nəzərdən ən çox ziyan, neft
sənayesinin inkişafı nəticəsində Abşeron
yarımadasına dəymişdir. Neft sənayesinin
inkişafı nəticisində 20 min ha qədər
torpaq neft tullantıları ilə çirklənmişdir,
7 min ha torpaq sahəsində qalınlığı
2.5-2.0 sm olan neft təbəqəsi əmələ
gəlmişdir. Hər il 45 min qazma suları Abşeron
yarımadasına atılır. Qrunt sularının
səviyyəsinin1.5 m qalxması və dərinliyinin
7 m-ə çatması da adanın ekoloji vəziyyətinə
təsir etmişdir. Hal-hazırda 1.2 mln ha torpaq düzgün
istifadə edulmədiyinə görə duzlaşmış,
2.7 mln ha örüş sahəsi intensiv istifadə edildiyinə
görə eroziyaya uğramışdır.
Azərbaycanın
ən ciddi aqroekoloji problemləri torpaq resurslarının
deqradasiyası və onların ximikatlarla,
pestisidlərlə, herbisidlərlə,
inteksidlərlə, mineral gübrələrlə və
s. çirklənməsidir.
|