|
Xəzər dənizinin ekoloji
promlemləri
Xəzər
dənizi haqqında ümumi məlumat
Xəzər
dənizi qapalı su
hövzəsi olmaqla bölgənin iqlim şəraitinin
qərarlaşmasında mühüm rol oynayır, zəngin
balıq və enerjidaşıyıcıları ehtiyatlarına
malikdir və gəmicilik üçün yüksək potensialı
vardır. Əsas coğrafi səciyyəsi cədvəldə
verilmişdir.
Cədvəl
1
|
Sə-ciy-yə
|
Sa-həsi,
min kv.m
|
Uz-un-luğu
|
Sa-hil
xətti
|
Orta
də-rin-lik, m
|
Su
həc-mi, kub m.
|
İllik
su daxil olması, kub km.
|
Ya-ğış
su-yu, kub m.
|
Orta
duz-lu-luq, %
|
Bu-xar-lan-ma,
kub
m.
|
|
Volqa
|
Kür-Samur
– Yulan
|
|
Qiymət
|
400
|
1050
|
7000
|
180
|
80000
|
240(80%)
|
21(7%)
|
63
|
1-2
|
340
|
Müxtəlif
qiymətləndirmələrə görə Xəzər
dənizində neft ehtiyatları 20 milyard tona çatır.
Təqribən nərə balıqlarının 85
%-i, qara kürünün isə 95 %-i Xəzər dənizində
istehsal olunur. Xəzər dənizində 10 milyona
qədər quş qışlayır.
Ekoloji
problemlər
Xəzər
dənizində aşağıdakı səbəblərdən
həyacanlı ekoloji vəziyyət yaranmışdır:
-
sənaye və kənd təsərrüfatı
axıntıları
-
kommunal axıntılar
-
dəniz və sahil neft-qazçıxarma sənayesi
-
gəmiçilik
-
su səviyyəsinin qalxması və sənaye-kənd
təsərrüfatı obyektlərinin su altında qalması
və s.
Xəzər
dənizinin ekoloji promlemlərini 3 qrupa bölmək olar:
1)
Çaylar vasitəsilə kimyəvi çirklənmə.
Xəzər dənizinə 130-a qədər çay ildə
300 kub km su daşıyır. Təkcə Volqa çayına
ildə 12 milyard kub m çirkab su axıdılır. Volqa
vasitəsilə Rusiyanın böyük sənaye regionunun
bütün ekoloji bəlaları Xəzərə gətirilir.
Xəzərə daşınan zərərli maddələrin
95 %-i Volqanın payına düşür. Buraya 145 min ton
neft, 1353 ton fenol, 1620 ton sink və digər maddələr
daxildir. Kür və Araz çayları isə Cənubi Qafqazın
bütün axıntılarını Xəzərə gətirir,
baxmayaraq ki, Azərbaycan əhalisinin 70 %-i bu suyu içmək
üçün istifadə edir. Terek 240 mln kub m, Kür isə 522 mln
kub m çirkab suyu Xəzərə gətirir.
2)
Xəzər dənizində suyun səviyyəsinin
qalxması. 1977-1998-ci illər ərzində Xəzər
dənizində suyun səviyyəsi 2.5 m qalxmışdır.
Azərbaycanın cənub rayonlarında 17 kənd
və 50 min ha sahə su səviyyəsinin qalxmasından
zərər çəkmişdir, bir sıra kəndlərin
əhalisi “ekoloji qaşqın” vəziyyətinə
düşmüşdür. Bu katastrofdan dəyən iqtisadi ziyan
4 mlrd ABŞ dollarından çoxdur.
3)
Dəniz neft sənayesi. 1949-cu ildən başlayaraq
Xəzər dənizində “Neft daşları” və
“28 Aprel” platformalarında neft çıxarılması
və daşınması işləri görülür. Bu vaxtlar
ərzində Qazaxıstan sahillərindən də
tankerlərlə Bakı zavodlarına emal üçün kükürdlü
neft daşınmışdır. Neftin çıxarılma
və daşınma proseslərində dənizə
tökülməsi nəticəsində dənizin neftlə
çirklənmə səviyyəsi bəzi sahələrdə
yol verilən normanı 20 dəfəyə qədər
ötür. Xəzər dənizinin neftlə və neft məhsulları
ilə ən çox çirklənməyə məruz qalan
hissələri Bakı buxtası, Abşeron arxipelaqı,
Adalar, Türkmənbaşı, Çeleken, Manqışlaq,
Tenqiz və neft sənayesinin digər inkişaf edən
əraziləridir.
Xəzər dənizində neft sənayesinin qarşıdakı
güclü inkişafı ilə əlaqədar olaraq,
onun daha da çirklənməsini gözləmək olar. 1994-cü
ildən Azərbaycan və başqa xəzəryanı
ölkələr xarici şirkətlərlə beynəlxalq
müqavilələr bağlayırlar. Məsələn,
Türkmənistan neft sektoruna təkcə 1999-cu ildə
TNŞ təxminən 400 milyon ABŞ dolları investisiya
qoymuşdur. Neft ehtiyatlarının ümumi həcmi 12
mlrd ton, qazın isə - 23 trln ton hesab edilir. 10-dan
çox Beynəlxalq neft şirkəti Xəzər dənizinin
Türkmənistan sektorunda işlərə başlamışlar.
Dənizin Rusiya sektorunda – Lukoyl, Qazax sektorunda isə
OKİOK konsorsumu fəaliyyətə başlamışlar.
İran sektorunda isə hələ geoloji kəşfiyyat
aparılır.
|