Homepage Ruzgar Photos

 

Səhralaşma və quraqlıq

Torpağın deqradasiyası nəticəsində bitki örtüyünün kütləvi məhvi və məhsuldarlığın itməsi səhralaşma adlanır. Səhralaşmanın səbəbi eroziya, bitki örtüyünün kütləvi məhv edilməsi, bioresursların intensiv istifadəsi və başqa antropogen və təbiət hadisələridir. Şımali Afrikada, Mesopotomiyada, İranda, Hindistanda, Orta Asiyada, Ərəbistan yarımadasında və Avstraliyada səhralaşmanın yaranması antropogendir. Əsas təbiət hadisələri arasında quraqlıq və külək eroziyası xüsusi yer tutur. Yer kürəsi əhalisinin təxminən 750 mln nəfəri (12.5 %) arid ərazilərdə, 90 mln-u  isə - güclü səhralaşmaya məruz qalan ərazilərdə yaşayırlar. Azərbaycanda əhalinin 60 % - i Kür-Araz çökəkliyində yaşayır ki, bu ərazi də əsasən arid və yarımarid qrupa aid edilir.

            Səhralaşma prosesinin səbəbləri aşağıdakılardır: 1) sənaye fəaliyyətinin, kommunal və irriqasiya işlərinin yerinə yetirilməsinin nəticəsi kimi bitki örtüyünün məhv edilməsi və torpaq təbəqəsinin pozulması, 2) ağac-kol bitkilərinin odun kimi istifadə edilməsi ilə əlaqədar torpaq-bitki örtüyünün deqradasiyası, 3) ağac-kol bitkilərinin odun kimi istifadə edilməsi ilə əlaqədar bitki örtüyünün məhv edilməsi, 4) boqar təsərrüfatçılığın nəticəsi kimi torpağın məhsuldarlığının azalması, 5) Xəzər sahilində (onun səviyyəsinin qalxması ilə əlaqədar) və süni əkin sahələrində qrunt sularının səviyyəsinin qalxması nəticəsində torpağın təkrar duzlaşması və təbii duzlaqların iriləşməsi.

            Səhralaşma prosesinin və torpağın deqradasiyasının inkişafının əsas faktoru eroziyadır. Azərbaycan ərazisinin 42.5 %-i və ya 3672.6 min ha sahəsi eroziyaya uğramışdır ki, bunun da 1380.9 min ha (37.6%) zəif, 1146.1 min ha (31.3 %) orta və 1145.5 min ha (31.1 %) güclü eroziyaya məruz qalmışdır. Bu zaman eroziyaya bu və ya başqa dərəcədə əkin sahələrinin 44.5 %-i (712 min ha), meşə örüşlərinin 68.1 %-i (1500.4 min ha), otlaqların 15.2 %-i (15.6 min ha), uzunmüddətli bitki örtüklərinin 40 %-i (2 9.8 min ha) və meşə massivlərinin 26 %-i (270.4 min ha) uğramışlar. Yaranma üsuluna görə eroziyaya uğramış torpaqların 82.1 %-i su eroziyasına, 7.6 %-i su irriqasiyasına və 10.3 %-i isə külək eroziyasına uğramışlar. Təxmini hesablamalar göstərir ki, kənd təsərrüfatı fondunun deqradasiya olunmuş və güclü eroziyaya uğramış sahəsi 700 min ha yaxınlaşır ki, bunların da normativ dəyəri 1000 mln dollardan aşağı deyildir.

            Respublikanın torpaq sahələrinin səhralaşma prosesinin digər əsas faktoru kimi torpaqların duzlaşması çıxış edir. Hal-hazırda əkilən yerlərin ümumi sahəsi 1443 min ha təşkil edir ki, bunların da 598.8 ha (41.5 %) drenirə ilə əhatə olunmışdur, o cümlədən 324 min ha üçün (22.4 %) örtülü drenaj sistemlər vardır. Duzlaşma dərəcəsinə görə əkin yerləriduzlaşmayan – 828.6 min ha (57.4 %), zəif duzlaşan – 430 min ha (29.9 %), orta duzlaşan – 1 24.2 min ha (8.6desert %) və intensiv duzlaşan və ya duzlaq sahələrinə - 59.1 min ha (4.1 %) bölünürlər. Bu torpaqların 506 min ha yaxşı meliorasiya edilmış, 697 min ha kafi və 240 min ha pis meliorativ vəziyyətdədir. Kapital remont tələb edən torpaqların ümumi sahəsi 435.2 min ha və ya 30.2 % təşkil edir.

            İntensiv duzlaşan torpaqlar praktiki olaraq kənd təsərrüfatı dövriyyəsindən çıxmışdır və onların normativ dəyəri 20-25 mln dollar təşkil edir.

            Hal-hazırda torpaq sahələrinin özəlləşdirilməsi  və regionda gözlənilən qlobal dəyişikliklə əlaqədar olaraq, səhralaşma ölkənin ciddi ekoloji problemi olmuşdur. Sonuncuya misal olaraq, Şərq-Qərb enerji koridorunun yaranma proyektinin realizasiyasını, böyük ipək yolunun bərpasını və s. göstərmək olar. Bu proyektlərin həyata keçirilməsi nəticəsində 1000 kv km məhsuldar torpaq sahəsi bu proyektlərin konstruksiyaları altinda qalacaq və deqradasiya edəcək. Dağlıq Qarabağdan və Ermənistandan olan 1 mln qaçqının çöx sayının Kür-Araz yarımsəhra landşaftında yerləşdirilməsi də həmçinin bioresurslardan istifadə intensivliyini artırır və ərazinin deqradasiyasının artmasına gətirib çıxara bilər.

 

  Homepage Ruzgar Photos