Homepage Ruzgar Photos

 

Kür-Araz problemi  

Kür çayı hövzəsində 6.8 milyon əhali yaşayır. Çayın uzunluğu Türkiyə ərazisində 185 km, Gürcüstanda – 426 km, Azərbaycanda isə - 790 km təşkil edir. Kür çayı Türkiyə ərazisindən nisbətən təmiz halda Gürcüstanla sərhədi keçir və həddindən artıq çirklənmış halda  Gürcüstan və Azərbaycanın bütün ərazisi boyunca keçərək Xəzər dənizinə tökülür. Gürcüstanda Kür suyu ıçmək üçün işlədilməməsinə baxmayaraq, 20.000 kv km  çay hövzəsinin 2.500 kv km-i  kənd təsərrüfatında irriqasiya məqsədləri üçün istifadə edilir. Gürcüstanda kənd təsərrüfatı torpaqlarının 236270 hektarı bu areall altına düşür. Azərbaycanda isə Kür çayı faktiki olaraq,  şirin suyun əsas resursudur.

Qeyd etmək lazımdır ki, Türkiyə, Gürcüstan və Azərbaycan arasında çay hövzəsinin və suyun keyfiyyətinin monitorinqin vahid idarəetmə sistemi bu günə qədər mövcud deyildir.

Qeyd edilmışdir ki, Gürcüstan ərazisində Kür həddindən artıq şirklənir. Çirklənmənin əsas mənbələri aşağıdakılardır: munisipal xidmət, sənaye müəssisələri, kənd təsərrüfatı tullantıları. Kür üzərində həmçinin uç hidroelektrostansiya yerləşır: Zemoavçal, Ortaçal və Çitaxevsk.

Təəssüflər ki, Kür çayi hövzəsində yerləşən şəhərlər düzgün işləyən kanalizasiya sisteminə malik deyillər. Munisipal sularının təmizləmə qurğuları bərbad vəziyyətdədir. Çay yaxınlığında yerləşən təşkil edilməmiş zibilliklər də vəziyyəti çətinləşdirir. Bu sistemdə rekonstruksuyaların və tə’mir işlərinin çatışmaması Kür çayi suyunun keyfiyyətində ciddiMap of Azerbaijan pisləşmələr yaratmışdır. Konkret olaraq, orqanik maddələrlə - azot və fosfatın birləşmələri ilə çirklənmələr artmışdır. Tbilisi və Rustavi şəhərlərinin sənaye müəssisələri Gürcüstan ərazisində Kür çayinın çirklənməsinin əsas “qaynar nöqtələri”-dir. Rustavi metallurgiya zavodu sənaye ehtiyacları üçün 153.9 milyon kub metr Kür çayi suyu istifadə edir. 136.5 milyon kub metr istifadə olunan su Kür çayina axır və onu asılqan hissəciklərlə (7100 t), ammonium nitrogenlə (216.5 t), neft məhsulları ilə (18 t), fenolla (0.2 t) çirkləndirir. 1992 – ci ilin mə’lumatlarına görə, Tbilisi 31-ci zavodun Kür çayina axıtdığı çirkli su tullantısı 1.8 mln kub metr təşkil etmişdir ki, burada da VOD (3.2 t), Xrom (4.5 t), neft məhsulları (1.5 t) olmuşdur.

Kür çayi suyunun kənd təsərrüfatı axıntıları ilə çirklənməsi də əhəmiyyətli dərəcədədir. Kənd təsərrüfatında işlədilən bütün pestisidlər və kimyəvi zəhərlər çaylara düşür və son nəticədə onların əksər hissəsi Kür çayina axıdılır. Kür çayinın belə çirklənməsi Gəncə, Yevlax, Mingəçevir, Kürdəmir, Əlibayramlı və Azərbaycanın digər şəhərlərinin axıntıları ilə daha da artır və Bakı su kəmərinin nasos terminalına düşür. Bu terminal təxminən 2 milyon əhalinini içməli su ilə tə’min edir. Azərbaycanın Sabirabad rayonunda Arazla birləşən Kür çayi Zaqafqaziyanın bütün ekoloji ağrılarını Xəzər dənizinə dartıb aparır.

Qeyd etmək lazımdır ki, Kür çayinın deltasında zərərli aşqarların konsentrasiyası onların yol verilən qiymətini fenol üçün 10, fosfatlar üçün 14, neft məhsulları üçün 20, nitratlar üçün 1.3 dəfə və s. ötür.

Kür çayının kimyəvi tərkibi cədvəldə göstərilmişdir ( mq/dm3)

 

Göstərici

Mİneralizasiya

Codluğu

Xlorid-ion

Sulfat-ion

Natrium-ionu

Maqnium-ion

Kalsium-ion

Qiyməti

670

5.4

140

160

115

27

62

         Araz çayını sağ sahilində təhlükə yaradan çirklənmə mənbələri yoxdur, belə ki, çayın keçdiyi Türkiyə və İran ərazisi boyunca inkişaf etmiş sənayeyə malik böyük yaşayış məskənləri yoxdur. Araz çayının və onun qollarının əsas çirklənməsi Ermənistan ərazisində baş verir. Demək olar ki, Ermənistanın bütün ərazisi Araz hövzəsinə aiddir və yüzlərlə yaşayış məntəqəsinin bütün tullnatıları təmizlənmədən Araz çayına və onun qollarına axıdılır. Ermənistan ərazisində Araz çayının qollarında aşağıdakı orta illik konsentrasiyalar olmuşdur: mis – 30, ammonium azot – 26, xlorid – 18, fenol – 32 YVK. Araz sularında neft məhsullarının orta illik konsentrasiyası 0.73-1.3 mq/l - ə çatır.

Araz çayı suyunun hidrokimyəvi göstəriciləri (ml/l)             

Göstərici

Asilqan maddə

Quru qalıq

Xloridlər

Ammonium-azot

Nitrit azotu

Nitrat-azotu

Fosfatlar

Qiyməti

41-100

1000-1100

200-342

0.05-2.60

0.03-0.04

2.2-2.5

0.1-0.3

          Kür və Araz çaylarının çirklənməsinin qarşısının alınması problemi bütün Zaqafqaziya ölkələri üçün ümumi problemdir və onun həlli ictimaiyyətin bu problemə olan münasibətinin əsaslı surətdə dəyişməsindən əhəmiyyətli dərəcədə asılıdır. 

 

 
  Homepage Ruzgar Photos