Homepage Ruzgar Photos

 

 Neft sənayesinin ekoloji problemləri

            Azərbaycan 1994-cü ildən başlayaraq neft sənayesinin yeni inkişaf dövrünə qədəm qoyur. Beynəlxalq neft müqavilələrinin bağlanması ilə əlaqədar olaraq, illik neftçıxarma həcmi 8-9 milyon tondan (1990-1998) 60-65 milyon tona (2007-2010) qədər artacaq. Bağlanmış 21 müqavilədə 20 ölkədən 40-dan çox neft şirkəti iştirak edir. Planlaşdırılan ümumi neftçıxarma həcmi 2.0 mlrd tonu ötür. Qeyd etmək lazımdır ki, Azərbaycanın neft yataqlarınınOil reserves mənimsənilməyə başlandığı 130 il ərzində cəmi 1.35 mlrd ton neft çıxarılmışdır. Nəticədə təkcə Abşeron yarımadasında 14 min ha-dan çox neft gölləri və neftlə çirklənmış ərazilər əmələ gəlmışdir. Hər il ətraf mühitə 45 mln ton axıntı suları və 33 min tondan çox zərərli qazlar atılmışdır. Köhnə neft yataqlarında qazma sularının uzunmüddətli təbii filtrasiyası nəticəsində radionuklidlər toplanmışdır və lokal sahələrdə radiasiya fonu yolverilən normanı 10, bəzən isə 100 dəfələrlə ötmüşdür.

            Neft sənayesinin obyektləri – quyular, nasos stansiyaları, enerji təchizatı sistemləri, rezervuar parklar və s. atmosferin karbohidrogenlərlə, azot oksidləri ilə, karbon və kükürdlə, karbon dioksidlə, kükürd hidrogenlə və s. çirklənmə mənbəyidirlər. İstehsalatın böyük güclərində bu mənbələrdən olan tullantılar hava mühitinin ekoloji vəziyyətinin pisləşməsinə və bu da öz növbəsində əhalinin kütləvi xəstələnməsinə, torpağın məhsuldarlığının azalmasına, bioresursların məhvinə və s. gətirib çıxara bilər.

            Neft sənayesi atmosferə zərərli maddələrin ümumi miqdarının xeyli hissəsini (37-40 %) atır.

Cədvəl 1

Azərbaycan neft sənayesinin atmosferə tullantılarının dəyişmə dinamikası

Tullantılar

1995

1996

1997

1998

Cəm

601.6

271.5

287.3

248.6

Bərk

0.6

0.57

0.9

1.3

Qazlar və mayelər

601.0

270.9

286.3

247.3

SO2

1.67

2.71

8.79

8.21

CO

12.5

14.45

8.44

9.30

NOX

3.55

4.66

5.02

5.40

RH

576.8

240.6

254.13

216.2

UOB (VOC)

5.89

7.8

9.25

7.8

Başqaları

0.54

0.58

0.20

0.4

 

 90-cı illərin başlanğıcından etibarən neft sənayesindən atmosferə tullantıların azalma tendensiyası müşahidə olunur ki, bu da emal olunan qazaxıstan neftinin həcminin azalması ilə əlaqədardır. İstehsalın və emalın planlaşdırılan inkişafında havanın çirklənməsində neft sənayesinin payı artacaq.

Cədvəl 2. Hava mühitinin stasionar mənbələrlə çirklənməsində neft sənayesinin payı

 

İllər

1990

1995

1996

1997

1998

Pay, %

52.7

68.4

70.2

73.7

70.5

 

Neft sənayesindən ətraf mühitə tullantıların mənbəyi qazma prosesləri (qazma məhlulları), neftçıxarma (xüsusilə köhnəOil routesquyulardan), daşınma (nasosların yuyulması) və neft emalı (neftin ilkin təmizlənmə məhsulları, şlamlar və s.) prosesidir. Neft sənayesinin bərk tullantıları (işlənmış katalizatorlar, şlamlar, neft qalıqları, neft daşınmasının parafinli tullantiları və s.) demək olar ki, neft sənayesinin bütün mərhələlərində yaranır.

 

  Homepage Ruzgar Photos