|
Radiasiya
təhlükəsizliyi
Azərbaycanda ionlaşdırıcı şüalanmanın
mənbələri müxtəlif elmi-tədqiqat institutları
(xüsusilə Elmlər Akademiyasının Radiasiya tədqiqatları
Sektoru), səhiyyə obyektləri və hərbi hissələrdir.
Radiasiya tədqiqatları Sektorunda 60 –cı illərdən
aktivliyi mkKüri ətrafında
olan Co-60, Cs-137 izotopik mənbələr vardır.
Həmçinin ELU-4, ELİT-1, E-12 elektron sürətləndiriciləri
vardır ki, bunlarda da elektronların enerjisi 5 MeV və
şüanın gücü 1 kVt-a qədərdir. Müxtəlif
tibbi müəssisələrdə (Onkologiya institutu, xəstəxanalar)
radoterapiya və radiodiaqnostika üçün izotopik mənbələr
və rentgen aparatları vardır. Müəyyən istifadə
vaxtından sonra izotopik mənbələrin aktivliyi
azalır və onlar məqsədyönlü istifadə oluna
bilmirlər. Belə hallarda radiaktiv tullantıların
basdırılması problemi yaranır. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi bu mənbələrin istifadəsi
və basdırılması, həm də ölkənin
təbii radiaktivlik problemi ilə əlaqədardır.
Demək olar ki, bütün süni radiaktiv mənbələr
(izotopik mənbələr, rentgen aparatları, elektron
sürətləndiriciləri ) möhkəm müdafiə və
avtomatik blokirəedici sistemə malikdirlər və
sanitar orqanlar tərəfindən nəzarətdədirlər.
İstifadə vaxtı keçdikdən sonra şüalanma mənbələri bu obyektlərdə,
həmçinin hərbi hissələrdə dezaktivasiya
edilir və “İzotop” xüsusi kombinatının radiaktiv
tullantılar qəbirstanlığında basdırılır.
Radioekoloji vəziyyətə “İzotop” xüsusi kombinatının
potensial imkanlarının tükənməsi mənfi
təsir göstərə bilər. Hələ 1994-cü
ildə assiqnovaniya ayrılmış və “İzotop”-un
genişləndirilməsi və rekonstruksiya işləri
başlanmışdır. İşlərin ümumi dəyəri
4 mln ABŞ dolları təşkil edir.
1997-ci ildən ölkə sərhədləri daxilində
ionlaşdırıcı şüalanma mənbələrinin
inventarizasiyası aparılır. İonlaşdırıcı
şüalanma mənbələri Ağstafa rayonunun Soyuq-Bulaq
qəsəbəsində və Naxçıvanda tapılmışdır
ki, bunlar da Rusiya hərbçiləri tərəfindən
uyğun sənədlər olmadan atılıb qalmışdır.
Radioekoloji vəziyyəti çətinləşdirən
əsas faktorlardan biri də neftin çıxarılması,
daşınması və emalıdır. Neftlə
birgə səthə çıxan plast sularında radium,
torium, kalium izotopları vardır ki, bunlar da torpağa
keçir, boru divarlarına çökür, lokal sahələrdə
qatılaşırlar. Bu sahələrdə radiaktiv
şüalanmanın səviyyəsi fon qiymətlərini
50-150 dəfə ötür. Məsələn, Əliyev
və Zolotoviçkayanın ölçmələri göstərir
ki, Qum adası neft yatağının ayrı-ayrı
sahələrində radiasiya fon səviyyəsi 600
mkr/saat-a çatır. Neft kəmərləri obyektlərində
( nasos stansiyaları, rezervuar parklar, boru kəmərləri
və s.) radiasiya səviyyəsinin ölçülməsi göstərir
ki, ətraf mühitdə radiasiya fonunun əhəmiyyətli
dərəcədə artması müşahidə edilmir.
Lakin bu, obyektlərin özündə yüksək radiasiya fonunun
olmasını istisna etmir.
Radionuklidlərin anomal yüksək konsentrasiyaları
həmçinin neft, kimya və yod-brom istehsalatlarının
istehsal tullantılarında da qeyd olunur. 1998-ci ildə
Bakıda şüalanma səviyyəsi 120-3000 mkr/saat
olan 157 lokal və sahəvi radionuklid çirklənməsi
müəyyən edilmişdir ki, bu günə qədər
bunların 31-i, əsas etibarilə şəhərin
mərkəzi hissəsində yerləşənləri
zərərsizləşdirilmişdir.
Azərbaycan ərazisi təbii radoaktiv nöqteyi-nəzərdən
çox mülayim şəraitdə yerləşir. Belə
ki, təbii radiaktivlik səviyyəsi yolverilən
norma intervalındadır və 10-15 mkr/saat –ı ötmür.
|