Homepage Ruzgar Photos

 

Ətraf mühitin qorunması sahəsində Beynəlxalq Konvensiyalar     

        Hazırda Azərbaycan Respublikası Ətraf mühitin qorunması sahəsində mövcud olan 24 Konvensiyadan 12-nə qoşulmuşdur. Təkcə 2000-ci ildə 4 Konvensiyaya daxil olmuşdur. Aşağıdakı cədvəldə Azərbaycanın daxil olduğu  Konvensiyalar haqqında məlumatlar verilir.

1.      Kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq ticarət barədə ( CİTES, Vaşinqton, 1997).

2.      Səhralaşmaya qarşı mübarizə (1998)

3.      Dəniz gəmiləri ilə çirklənmənin qarşısının alınması.

4.      İqlimin dəyişməsi üzrə konvensiya (1995)

5.      Atmosferin ozon qatının mühafizəsi üzrə Vyana Konvensiyası (1996)

6.      Mədəni və təbii irsi abidələrin mühafizəsi üzrə konvensiya (1994)

7.      Sərhədlərarası konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Konvensiya (1998)

8.      Ətraf mühitə dair məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı və informasiyaların alınması barədə (1999).

9.      Beynəlxalq əhəmiyyətli, xüsusən suda üzən və məskunlaşan su-bataqlıq quşları barədə Ramsar konvensiyası (1971)

10.  Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və zərərsizləşdirilməsinə nəzarət haqqında Bazel konvensiyası (1989)

11.  Bioloji müxtəliflik barədə konvensiya (1992)

12. Sərhədlərarası suların və beynəlxalq göllərin mühafizəsi və istifadəsi barədə Helsinki konvensiyası (1992)

 

  Homepage Ruzgar Photos