Homepage Ruzgar Photos

 

Dayanıqlı inkişaf

          1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra ətraf mühitin mühafızəsi üzrə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə başladı və regional ekoloji problemlərin həllinə aid bir sıra Beynəlxalq Konvensiyalara daxil olmağa və razılaşmaları imzalamağa başladı. Bu sahədə uğurlu addımlar Azərbaycan nümayəndə heyətinin 1992-ci ildə Rio-de-Janeyro şəhərində BMT-nin təşkil etdiyi “Ətraf mühit və inkişaf” konfransında iştirakından sonra atıldı. Bu konfransda Azərbaycan Dayanıqlı inkişafa keçmək haqqında beynəlxalq sazişi imzaladı. Dayanıqlı inkişaf dedikdə ölkənin iqtisadi və sosial inkişafının ətraf mühitin vəziyyəti ilə uyğunlaşdırılması nəzərdə tutulur. Yəni təbii resurslardan istifadə edərkən onun gələcək nəsillər üçün qorunub saxlanılması da nəzərə alınmalıdır. Bu konsepsiyanı 21-ci əsrin gündəliyi də adlandırırlar. 180 -ə qədər ölkə tərəfindən qəbul edilən “Dayanıqlı inkişaf” konsepsiyası ətraf mühitin qorunması sahəsində bir sıra Beynəlxalq Konvensiyaların yaranmasına təkan verdi. Bu konvensiyalara misal olaraq, İqlim dəyişmələri, Səhralaşmaya qarşı mübarizə, Sərhədlərarası su hövzələrinin qorunması, Bioloji müxtəliflik, Sənaye qəzaları və s. göstərmək olar. Ətraf mühitin qorunması sahəsində konvensiyaların siyahısı və Azərbaycanın bu konvensiyslarda iştirakı haqqında məlumatlar 2 bölmədə verilmişdir.

 

  Homepage Ruzgar Photos