|
Xəzər
ekoloji proqramı
BMT
və TASİS tərəfindən maliyyələşdirilir.
Bu proqram bölgənin əsas ekoloji problemlərinin həllinə
yönəldilmişdir. XEP-in əsas konsepsiyasına aşağıdakı
müddəalar daxildir:
-
Xəzərin
ekologiyasının idarə olunması və davamlı
inkişafın təmin edilməsi,
-
Həyati
ehtiyatların və su keyfiyyətinin qorunması,
-
İnsanların
uzunmüddətli yaşayışı üçün əlverişli
şəraitin təmin edilməsi,
-
Gələcək
həyat üçün bölgənin davamlılığı və
əhalinin sağlamlığının qorunması
XEP beynəlxalq agentliklərin Xəzər
ölkələrində həyata keçirdikləri proqramların
çərçıvəsinə daxil olur.
Beynəlxalq partnyorların 1995-ci ildə
bölgəyə səfəri zamanı yaradılması
razılaşdırılmış XEP ilk dəfə
1994-cü ilin mayında Almatıda Ekoloji əməkdaşlıq
haqqında qəbul edilmiş razılaşmalar və
deklorasiyada öz əksini tapmışdır.
1995-ci ilin missiyası əslində bu sahədə
bölgə ölkələri ilə Beynəlxalq ictimaiyyət
arasında əməkdaşlığın başlanğıcı
olmuşdur. Bu proqram bütün 5 Xəzəryanı ölkəni
əhatə edir və bir sıra beynəlxalq agentliklərlə
(Dünya Bankı, BMT ER, UNDP, Avropa Birliyi (TASİS) birlikdə
fəaliyyət göstərir. XEP proqramı Ramsarda (İran)
keçirilən görüşdə, 1998-ci ilin mayında rəsmi
olaraq qeyd oıundu.
Bundan
bir il əvvəl Dünya bankı Xəzəryanı
ölkələrlə birlikdə proqramın konsepsiyasını
işləyib hazırlamışdır. Bundan başqa,
UNDP XEP üçün Qlobal ekoloji təchizat Layihəsi istiqamətində
təkliflər hazırlamışdır ki, bu da
əsasən sərhədlərarası məsələlərin
üstün istiqamətinə yönəldilmişdir. Burada əsasən
XEP yerinə yetirilməsinin texniki əsaslarına
diqqət yetirilmişdir. XEP-in əsas sərhədlərarası
tematik sahələrinə aşağıdakılar
daxildir:
- İctimaiyyətin
şüurlylyq dərəcəsi və XEP-ə qoşulması
- Regional
informasiya bazası və informasiya sisteminin idarə
olunması
- Çirklənmə
dərəcəsinin regional dəyərləndirilməsi
- Sərhədlərarası
biomüxtəliflik
- Balıq
ehtiyatları və digər hidrobioresursların davamlılığının
idarə olunması
- Sərhədlərarası
sahil sahələrinin planlaşdırılması
və idarə olunması
- Sahil
sahələrində səhralaşma və torpaqların
deqradasiyası
- İnsanın
davamlı inkişafı və sağlamlığı
- Regional
təhlükəliyə qarşı reaksiya
- Hüquqi,
qanini və iqtisadi çərçivələrin hazırlanması
- Zərərli
maddələrin yayılmasına nəzarət təşkilatlarının
və üsullarının müasirləşdirilməsi
2000-ci ilin iyulunda hazırkı XEP öz işinin
aşağıdakı nəticələri
·
Səmərəli regional sektorlararası
(ictimai və özəl) əlaqələndirmə
ekoloji idarə
·
Sərhədlərarası
diaqnostik təhlil
Xəzərə
aid ekoloj problemlərin həllini yönəldilmiş
hər bir ölkə üçün milli fəaliyyət planlarının
(qısa və uzunmüddətli) hazırlanması və
hazırlanmış sərhədlərarası planların
qarşıdakı 10 ildə yerinə yetirilməsi.
Planda onlar üçün maliyyə vəsaiti nəzərdə
tutulacaqdır.
|