Homepage Ruzgar Photos
 

BMT-nin qlobal iqlim dəyişmələri konvensiyası üzrə tədqiqatları

1992-ci ildə Rio-de-Janeyro şəhərində BMT-nin təşkil etdiyi ətraf mühitə aid konfransı dünya dövlətlərinin Dayaniqlı İnkişafa keçməsinin prinsiplərini müəyənləşdirdi və bir çox ekoloji məsələlərin həllini ön plana çəkdi. Belə məsələlərdən biri də qlobal iqlim dəyişmələridir. Konfransın mühüm nəticələrindən biri də BMT-nin iqlim dəyişmələrinə aid Çərçivə Konvensiyasının tə’sis edilməsi oldu. 157 ölkənin daxil olduğu Konvensiyanı Azərbaycan da imzaladı. Konvensiyanın əsas məqsədi parnik qazlarının ətraf mühitdə konsentrasiyasını stabilləşdirmək və iqlimin istiləşməsinə yol verməməkdən ibarətdir. Konvensiyanın şərtlərinə görə hər bir ölkə parnik qazlarının mənbələrinin və onları udan obyektlərin inventarlaşmasını aparmalı, bu qazların tullantılarının azaltması qeydinə qalmalıdır. Tərəflərin 3-cü konfransında (1997) inkişaf etmiş ölkələr üçün limitlər müəyyənləşdirilmişdir.

Azərbaycan respublikası Konvensiyanı 1992-ci ildə imzalamış, 1995-ci ildə Ratifikasiya etmişdir. 1997-ci ilin aprelində Prezidentin qərarı ilə iqlim dəyişmələri üzrə dövlət komissiyası yaradılmışdır. Bu sahədə Kioto protokolu 2000-ci ildə Ratifikasiya olunmuş və qüvvəyə minmişdir.

Bun sahədə Azərbaycan respublikasının ilk addımı 4 bülletendən ibarət olan “İqlim dəyişmələri üzrə 1-ci milli məlumat” oldu. Tədqiqatlar və hesablamalar nəticisində 1990-cı ildə parnik qazlarının tullantılarının miqdarı müəyyən olundu: CO2 – 44703 Qq, CH4 -722 Qq. Adambaşına CO2 tullantısının miqdarı 6.3 tona bərabər olmuşdur.

 

  Homepage Ruzgar Photos