|
“Şərq
Şərq” Proqramı
Məqsəd
“Şərq
Şərq“ proqramı
Soros fondu şəbəkəsində mütəxəssislər,
Mərkəzi və Şərqi Avropa və keçmiş
Sovet İttifaqı ölkələri institutlarının
və müəssisələrinin arasında bugünkü və
çox vaxt təzə ünsiyyət və əməkdaşlıq
vasitələrini təmin edir. Bu proqram novator ünsiyyət
və partnyorluq üçün imkan verməklə keçid dövrünün
cəmiyyətlərində mövcud olan problemlərin
həll edilməsi vərdişlərinin inkişafına
imkan yaradır.
Proqram
Orta Asiya və Mərkəzi və Şərqi Avropadakı
Soros fondu şəbəkəsinin 39 şöbə və
filiallarında fəaliyyət göstərir: Azərbaycanda,
Albaniyada, Ermənistanda, Bosniya və Herseqovinada, Bolqarıstanda,
Macarıstanda, Gürcüstanda, Estoniyada, Qazaxıstanda, Qırğızıstanda,
Latviyada, Litvada, Makedoniyada, Moldovada, Monqoliyada, Polşada,
Rumıniyada, Rusiyada, Slovakiyada, Sloveniyada, Tacikistanda,
Ukrainada, Özbəkistanda, Çex Respublikasında, Xorvatiyada
və Yuqoslaviyada.
Proqram
postkommunist keçid dövründə bir birindən öyrənən
və təcrübələri ilə mübadilə edən
keçmiş İttifaqin və Mərkəzi və Şərqi
Avropa ölkələrində adamların və institutların
arasında açıq dialoqu və fikir mübadiləsini
həvəsləndirir. Proqram dialoqun yaradılmasına
imkan verir, ümumi problemlərin həll edilməsi üçün
qarşılıqlı əlaqələri həvəsləndirir
və Soros Fondları üçün oxşar problemləri olan
adamlar və müəssisələrlə infrastruktur
və regional şəbəkələrin quruluşunda
əməkdaşlıq etməyə imkan yaradan bir
mexanizmdir.
“Şərq
Şərq“ proqramı
keçmiş Sovet İttifaqı və Mərkəzi və
Şərqi Avropa ölkələrində keçid dövründə
olan bugünkü problemlərin anlayışının səviyyəsini
qaldırmaq üçün cəhd göstərir. Proqramin gücü postkommunist
məkanında olan ölkələr üçün səciyyəvi
olan problemlərin həllini tapmaq üçün bir birinə
kömək etmək və bir birinin təcrübəsi ilə
mübadilə etmək istəyən müxtəlif regionlardan
adamları birləşdirmək bacarığından
ibarətdir. “Şərq Şərq“ proqramı əməkdaşlığın başlanğıc
nöqtəsidir, o, qarşılıqlı dialoq və
regional əməkdaşlıq üçün münasibətlərin
formasının necə olduğunu göstərir və
uzunmüddətli perspektivdə onun məqsədi ümumi
problemlərin həlli və ümumi məqsədlərə
nail olmaq üçün adamları bir yerdə işləməyə
təkan verməklə ayrı-ayrı şəxslərin
imkanlarını genişləndirməkdir.
1991-ci
ildə proqram 3 layihənin yerinə yetirilməsinə
kömək etdi. O vaxtdan proqramın çərçivəsində
hər il iki yüzdən çox layihə hazırlanıb işlədilir.
Layihələr
postkommunist inkişafında və keçid dövründə
cəmiyyət üçün səciyyəvi olan problemlərin
həllinə yönəldilir. Bu problemlərə aşağıdakılar
da daxildir:
·
NGO və “ücüncü sektor” – imkanların genişləndirilməsi
və birgə aparılan fəaliyyət;
·
İqtisadi yenidənqurmanin və özəlləşdirmə
proseslərinin sosial effektləri;
·
Səhiyyə islahatının sosial aspektləri;
·
Etnik münasibətlər;
·
Müstəqil kütləvi informasiya vasitələri;
·
Ətraf mühitin qorunması;
·
Gənclərin demokratizasiya proseslərində iştirakı;
·
Mədəni mənsubiyyət və qarşılıqlı
əlaqə;
·
Mülki cəmiyyətdə kender problemləri
“Şərq
Şərq” Proqramı tarixinin əvvəlki dövrü
“Şərq
Şərq” Proqramı 1991-ci ildə fikir mübadiləsini
, həmçinin Soros Fondun şəbəkəsi regionunun
daxilində açıq dialoqu müdafiə etmək üçün
və xüsusi regional təcrübələr ilə bağlı
münasibətləri və xüsusi bilikləri inkişaf
etdirmək üçün yaradılıb. Proqramın
mahiyyəti Soros Fondun şəbəkəsi
daxilində yaradılan yerli təşəbbüslərin
forumunu yaradan regional təcrübəyə diqqəti
cəlb etmək üçün layihələrin inkişafında
və yaxud uyğunlaşdırılmasında yaradıcılıq
fəaliyyətindən ibarətdir.
Proqram
qarşılıqlı əlaqə vasitəsi ilə
regionun daxilində partnyorluğu və əlaqəliyi
qurur və müdafiə edir. Onun məqsədi kənar
layihələrə və tövsiyələrə güvənməyən
öz şərtləri əsasında postkommunist
problemləri həll edə bilənlər və onları
daha yaxşı başa düşən xüsusi şəxslər
və müəssisələrin arasında
səmərəli və praktiki iş atmosferasını
yaratmaqdir. “Şərq Şərq” proqramının
layihələri regionda başlanmış və
mədəni, iqtisadi və sosial keçidə fəal daxil
olmaq üçün və ona vasitəsiz kömək etmək üçün
işlənib hazırlanmış təşəbbüslərdir.
Uzunmüddətli perspektivə yönəldilən
layihələrə üstünlük verilir.
Proqramın
mahiyyəti Soros Fondun şəbəkəsi
daxilində yaradılan yerli təşəbbüslərin
forumunu yaradan regional təcrübəyə diqqəti
cəlb etmək üçün layihələrin inkişafında
və yaxud uyğunlaşdırmasında yaradıcılıq
fəaliyyətindən ibarətdir.
Həyata
keçirmə
Proqramın
koordinatorları partnyorları yerlərdə tapır
və mübadilə, regional əlaqələr və
kontaktlar təşkil etmək üçün qeyri-dövlət müəssisələrinə
proqramların həyata keçirilməsi və inkişafı
üçün imkanlar təklif edir. “Şərq
Şərq” proqramı
qrant verilməsində standart proqram deyil. Proqramın
koordinatorları layihələrin inkişafı və
işlənməsində fəal iştirak edirlər.
Yaradıcılıq nöqteyi-nəzərindən yanaşma,
region və tədqiqat mövzusu ilə yaxşı tanış
olma proqramın strateji inkişafında mühüm rol oynayır.
“Şərq Şərq” proqramınin kalendarı
şəbəkədə daimilik əsasında yayılır,
həm də layihələrin təhlilini və
qiymətləndirilməsini, əməliyyatları,
strategiyanı və proqramın məqsədlərini
ətraflı təsvir edən arayış kitabçasından
istjfadə etmək olar.
1997-ci
ildə Nyu-York mərkəzi aşağıdakı
proqram üzrə 2 arayış kitabçasını nəşr
etmişdir:
1.
”Şərq Şərq ilə görüşür: ölkədən
ölkəyə”- proqramın koordinatorları
tərəfindən yazılmış oçerk
məcmuəsi. Bu oçerklərdə şəbəkənin
hər bir şö’bəsinin koordinatorların nöqteyi-nəzərindən
proqramın beşillik xülasəsi təmsil edilib.
2.
”Şərq Şərq ilə görüşür:
layihədən layihəyə”- 1991-ci ildən başlayaraq
proqram çərçivəsində keçilmiş bütün
layihələrin qısa təsviri, bu kitabça “Ölkədən-ölkəyə
“ oçerk məcmuəsinə əlavədir.
“Şərq
Şərq” proqramı ideyasının uzunmüddətli
əhəmiyyəti var, çünki informasiya mübadiləsi açıq
cəmiyyətin əsasıdır. Bu proqram
gələcəyə yönəldilib və hətta Soros
Fondu tərəfindən kömək qurtaranda
gələcəkdə də beynəlxalq mübadilənin
prosesinə obyektivlik və çeviklik göstərməyə
davam edəcək. Buna görə proqram həm indiki
zamanda, həm də gələcəkdə digər
donorların maliyyə vəsaitlərini, maraqlarını
və proqram istiqamətlərini nəzərə alaraq
fəaliyyət göstərməyə çalışır.
Proqram
üzrə Azərbaycanda aşağıdakı ekoloji
layihələr həyata keçirilmişdir:
- “Xəzər
dənizinin ekoloji problemləri və Xəzəryanı
ölkələrdə ekoloji təhsil”. Beynəlxalq
seminar, 18-20 noyabr, 1998, Bakı, Azərbaycan
Universiteti
- “Ozon
qatının deşilməsi və onun insan sağlamlığına
təsiri”. Beynəlxalq seminar, 15-18 may, 2000, Bakı,
“Ekoyl” elmi-ekoloji cəmiyyəti
- Treninq
”Xəzəryanı ölkələrin davamlı inkişafının
problemləri”, 30 may-2 iyun, 2000, Bakı.
|