Homepage Ruzgar Photos

 

  İSAR-Azərbaycan

Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən ABŞ-ın İSAR təşkilatı ekologiya və sosial sahələrdə qeyri-dövlət təşkilatlarına (QDT) qrantlar verirlər. İSAR-ın həyata keçirdiyi kiçik Qrantlar Proqramı Azərbaycanda 3-cü sektorun formalaşmasında böyük rol oynamışdır. Son 4 ildə 50-yə qədər ictimai ekoloji təşkilat yaradılmışdır. İSAR Qrant Proqramından başqa, həm də təlim və informasiya Proqramları da həyata keçirir. Son iki ildə İSAR fəaliyyətini genişləndirərək aşağıdakı Yeni Proqramlar inkişaf etdirir:

·         Böyük Qrantlar Proqramı

·         Azərbaycan-Gürcüstan QDT əməkdaşlıq Proqramı

·         Azərbaycan-ABŞ QDT əməkdaşlıq Proqramı

·         Xəzər Proqramı

Öz məzmunu və əhatə dairəsinə görə Xəzər Proqramı daha geniş vüsət almışdır. 3 illik Proqrama Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Rusiyanın QDT cəlb olunmuşlar. Proqram ABŞ Beynəlxalq İnkişaf departamenti tərəfindən maliyyələşdirilir, 4 istiqamətdə fəaliyyət göstərir.

·        Elektron rabitə xidmətinin yaxşılaşdırılması

·        Qrant Proqramı

·        “Kaspinfo” informasiya Proqramı

·        Konfranslar və seminarlar

1999 və 2000-ci illərdə Xəzər Proqramı üzrə 3 elektron rabitə xidməti üzrə, 2 Qrant Proqramı üzrə müsabiqə keçirilmiş və 1 konfrans, 2 seminar təşkil olunmuşdur. 2001-ci ilin yanvarında Astraxanda 3-cü seminarın keçirilməsi nəzərdə tutulmuşdur.

 

  Homepage Ruzgar Photos