|
Sumqayıtın
ekoloji reabilitasiyası Proqramı
Layihə Birləşmiş millətlər təşkilatının
İnkişaf Proqramı tərəfindən yaradılmış
və maliyyələşdirilməkdədir. 1996-cı
ildən fəaliyyət göstərməkdədir. Layihə
Sumqayıt sənaye rayonunda ətraf mühitin çirklənməsi
və bunun fəsadları ilə bağlı problemlərin
həllinə yönəldilmişdir.
BMT
İnkişaf Proqramı “Sumqayıtın Ekoloji
Reabilitasiyası” layihəsinin tətbiqi, bu
istiqamətdə müvafiq struktur sahələri inkişaf
etdirməklə bu işin başlanması üçün
təməl yaradır. Bu struktur sahələri 4
əsas elementi əhatə edir:
·
Səmərəli fəaliyyət göstərən
ekoloji informasiya sisteminin yaradılması
·
Ekoloji nəzarət proqramlarının işlənib
hazirlanması
·
Sumqayıtın ekoloji dirçəlişi və
yenidən qurulması sahəsində konsepsiya və
ideyalar toplusunun hazirlanması
·
Sənaye və dövlət strukturları və
bütövlükdə ictimaiyyət arasında geniş miqyaslı
ekoloji məlumat və təbliğat proqramlarının
hazırlanması
Layihənin
uzunmüddətli məqsədləri təbii və sosial
sahələrin yaxşılaşdırılması,
o cümlədən əhalinin sağlamlığı,
həyat səviyyəsi, ekoloji təhlükəsizlik
və s. istiqamətlərdə fəaliyyətin üstünlüyünü
təmin etməkdən ibarətdir.
İşlənilmiş
ekoloji konsepsiya ətraf mühitin qorunması və təbii
sərvətlərdən səmərəli istifadə
olunması məsələləri ilə istehsal vasitələrinin
yerləşdirilməsi, strukturası və inkişafı,
habelə demoqrafik problemlər arasında əlaqələridə
nəzərə almaqdadır. Sumqayıtın ekoloji
təhlükəsizliyinin təminatı yolları onun
inkişaf perspektivləri və sənaye kompleksinin
inkişafının xarakteri ilə bağlıdır:
Kapital
qoyuluşunun ilk növbədə mövcud istehsal texnologiyasının
rekonstruksiyası, texniki cəhətdən müasirləşdirilməsinə
istiqamətləndirilməsi
·
Sənaye müəssisələrinin yerli xammalla işləməsinə,
tullntı və yan məhsulların e’malını
da nəzərə alan texnologiyanın
tətbiqinə yönəldilməsi
·
Ekoloji şəraiti kökündən yaxşılaşdıran,
ərtaf mühitin qorunması üçün tədbirlərin
həyata keçirilməsi
Ekoloji
konsepsiya həm də kasıblığın
səbəblərinə qarşı mübarizəni
də nəzərə alır:
Koordinat:
Akif İslamzadə, Sumqayıt, 373200,
Nizami küç. 16
Tel:
(994164) 22614, 22617
Faks:
(994164) 22618
E-mail:
Sumgayit@sec.Sumgait.az.
|