|
Dünya
bankının Azərbaycanda layihələri
Dünya
bankının Azərbaycanda həyata keçirdiyi Layihələrin
ideyası ilk dəfə 1997-ci ildə Baş nazirin
müavini A. Şərifovun rəhbərliyi ilə başa
çatdırılmış Ətraf mühitin mühafizəsi
üzrə Milli fəaliyyət planından meydana çıxmışdır.
Bu Planin yaradılmasında Dövlət ekologiya komitəsi,
Elmlər Akademiyası,
bir sıra dövlət və qeyri-dövlət strukturları
iştirak etmişlər. Milli fəaliyyət Plani
bir sıra Layihələrin Azərbaycanda həyata
keçirməsinin vacibliyini qarşıya qoymuşdur.
Bu Layihələr aşağıdakı meyarlar üzrə
seçılmışlər:
a)
Azərbaycanda iqtisadiyyatin inkişafı və ətraf
mühitin sağlamlaşdırılmasında rolu,
b)
Planda nəzərdə tutulmuş
vəzifələrə uyğunluğu,
c)
Ölçü və mürəkkəbliyi cəhətdən
pilot miqyaslarda nümayiş etdirilməyə uyğunluğu.
Azərbaycandakı
vəziyyət nəzərə alınmaqla yuxarıdakı
meyarlara 4 Layihə uyğun gəlmiş və 1998-ci
ildə Dünya bankı (World bank) tərəfindən
bu Layihələr hazırlanmışdır.
1.
Yeni balıqyetişdirmə zavodu yaratmaqla Azərbaycanda
nərə balıqlarının yetişdirilməsi
həcminin bərpa olunması
2.
Civə ilə çirklənmiş sahələrdə
təmizləmə texnologiyası tətbiq etməklə
ərazinin civədən təmizlənməsini təmin
etmək
3.
Abşeron yarımadasında neftlə çirklənmiş
torpaqların təmizlənməsi
4.
Ətraf mühitin idarə olunması
sahəsində Azərbaycanin qanunvericilik və normativ
aktlarının təkmilləşdirilməsi
Layihələrin
təsviri:
1.
Nərə balığı zavodu (9 mln. $).
Dünyada
qara kürü istehsalının 90% -ə qədəri Xəzər
dənizinin payına düşür. Lakin son iyirmi ildə
Xəzərin Azərbaycan bölməsində nərə
balığı istehsalı kəskin aşağı
düşmüşdür. Belə ki, 1980-ci ildə əgər
25 000 ton nərə balığı istehsal olunurdusa,
bu rəqəm 1997-ci ildə 1000 tona çatmışdır,
yəni 96 % azalmışdir. Bununla bərabər,
Kür çayının deltasında yerləşən balıqyetişdirmə
zavodu Xəzərdə suyun səviyyəsinin qalxması
ilə əlaqədar olaraq su altinda qalmış və
istehsal dayandırılmışdır. Balıq sənayesinin
tempini artırmaq və biosferin tarazlığını
qorumaq üçün yeni nərə zavodunun tikilməsi Layihədə
nəzərdə tutulur.
2.
Cıvənin təmizlənməsi (8,1 mln. $)
Sumqayıt
şəhəri 350 000 əhaliyə və inkişaf
etmiş neft-kimya sənayesi kompleksinə malik olmaqla Bakıdan
30 km şımali-qərbdə Xəzər dənizi
sahilində yerləşir. Sumqayıtın sənaye
kompleksində, xüsusilə xlor və kaustik soda istehsalında
civə amalqaması istifadə edilmişdir.
Nəticədə ətraf mühitə 65 000 tondan çox
civə ilə zəngin tullantı atılmışdır.
Bu isə insan sağlamlığı üçün ciddi
problemlər yaratmaqdadır. Layihə bu
məsələnin həllinə yönəldilmişdir.
3.
Torpaqların neftdən təmizlənməsi (5,1
mln. $)
140
illik tarixə malik neft istehsalının inkişafı
nəticəsində Abşeron yarimadasında 10 000
hektardan çox sahə neftlə çirklənmişdir. Bu
çirklənmə əhalisi sıx yerləşmiş
Bakı-Abşeron rayonunda hava şəraitinə,
su ehtiyatlarına və ümumiyyətlə yaşayış
şəraitinə mənfi təsir göstərir. Layihə
bu torpaqların neftdən təmizlənməsini qarşıya
qoymuşdur. Təbii ki, Dünya bankı tərəfindən
maliyyələndirilən Layihə bu məsələnin
öhdəsindən tam gələ bilməz, amma bu problemin
həlli üçün yollar müəyyənləşdiriləcəkdir.
4.Ətraf
mühitin idarə olunmasının təkmilləşdirilməsi
(1,4 mln. $)
İndiyə
qədər Azərbaycanda keçmiş Sovet İttifaqında
tətbiq olunan bir sıra ekoloji normativ və
qanunvericilik aktları istifadə olunmaqdadır. Bu
isə ölkədə xarici investisiyanın tətbiqini
və beləliklə, Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiya olunmasını ləngidir.
Nəzərdə tutulan Layihənin həyata keçirilməsi
nəticəsində bu çatışmazlıqlar aradan
qaldırılacaq və dövlətin ətraf mühitin
idarə olunması mexanizmi təkmilləşdiriləcəkdir.
Layihənin
koordinatorları:
Dünya
bankı: Rocer
Batston,
1818 n street NW
Washington
DC 20433
Tel.
(202) 473-3116
Fax:
(202) 477-3285
Azərbaycan: Rauf Muradov , Bakı, 370001, İstiqlaliyyət
küç. 31
Tel/Fax:
99412-926863
|