|
”Heyvanlar
aləmi haqqında” Azərbaycan respublikasının
qanunu
IX fəsil, 56 maddədən ibarət olan bu Qanun 4
iyun 1999-cu il tarixdə Prezident tərəfindən
(N 675-İD) imzalanmışdır.
Bu qanun Azərbaycan respublikasında heyvanlar aləminin
mühafizəsinin
və istifadəsinin hüquqi əsaslarını
müəyyən edir. Belə ki, heyvanlar aləmi təbii
mühitin və bioloji müxtəlifliyin əsas komponentlərindən
biri, ölkənin milli sərvəti, əhalinin mənəvi
və estetik tələbat mənbəyi olaraq elmi-tədqiqat
obyekti, xammal və yeyinti məhsulları kimi istifadə
edilir və qorunur.
Bu
qanunun məqsədi – respublika ərazisində təbii
sərbəstlik, yarımsərbəst və qeyri
sərbəst şəraitdə daimi, müvəqqəti
və köçəri yaşayan bütün vəhşi heyvan növlərinin,
onların yaşayış yerlərinin, nəsil
verməsinin, populyasiyalarının, cinsiyyət hüceyrələrinin,
rüşeymlərinin və heyvanlar aləminin digər
obyektlərinin qorunub saxlanılması və səmərəli
istifadəsini təmin etməkdir.
Qanunun
vəzifələri isə heyvanlar aləminin mühafizəsinin
və istifadəsinin təşkilinə idarə
edilməsinə və dövlət tənzimlənməsinə
hüquqi baza yaratmaqdır.
Qanunun
I fəslində (1-6-cı maddələr) bu qanunda
istifadə edilən termin və anlayışların
izahı, heyvanlar aləminin obyektləri və subyektləri,
heyvanlar aləminin obyektləri üzərində mülkiyyət
hüququ, heyvanlar aləminin mühafizəsi və istifadəsi
ilə bağlı hüquq münasibətlərinin iştirakçıları
müəyyənləşdirilmişdir.
Qanunun
II fəsli (7-11-ci maddələr) - Heyvanlar aləminin
mühafizəsi və istifadəsi sahəsində idarəetməyə
həsr edilmişdir.
Qanunun
III fəslində (12-26-cı maddələr) – Heyvanlar
aləmindən istifadənin hüquqi qaydaları şərh
edilmişdir. Burada heyvanlar aləmindən istifadənin
forma və növləri, balıqçılıq, ovçuluq,
ov və balıqçılıq obyektlərinə aid
edilməyən vəhşi heyvanların tutulması
və vurulmasının
hüquqi qaydaları şərh edilir, habelə
heyvanların sayının tənzimlənməsi
müəyyənləşdirilir.
Heyvanlar
aləminin mühafizəsinin hüquqi məsələləri
Qanunun IV fəslində (27-40-cı maddələr)
göstərilmişdir. Bu fəsildə vəhşi heyvanların
yaşayış mühitinin, çoxalma şəraitinin və
miqrasiya yollarının mühafizəsi, heyvanlar aləminin
vəziyyətinə zərərli təsir göstərə
bilən obyektlərin ekoloji ekspertizası, nadir və
nəsli kəsilməkdə olan heyvanların mühafizəsi,
törəyib artması və istifadəsi, ekoloji normativlər
müəyyən edilərkən heyvanlar aləminin mühafizəsinə
dair tələblər geniş şərh edilmişdir.
Eyni zamanda burada heyvanların köçürülməsi, iqlimə
uyğunlaşdırılması və artırılması,
heyvanlar aləminin mühafizəsi, səmərəli
istifadəsi və törəyib artması xeyrinə təbii
ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin
hüquqlarının məhdudlaşdırılması
irəli sürülmüşdür.
Qanunun
V fəsli (41-42-ci maddələr) heyvanlar aləmi
obyektlərinin dövlət uçotu, kadastrı və monitorinqi
məsələlərinə həsr edilmişdir.
Qanunun
VI fəslində isə (43-46-cı maddələr)
heyvanlar aləminin mühafizəsi və istifadəsinə
nəzarətin hüquqi əsaslarından bəhs edilir.
Burada heyvanlar aləminin mühafizəsi və istifadəsinə
dövlət nəzarətini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanlarının və bələdiyyələrin
hüquqları sadalanir.
Qanunun
VII fəslində (47-51-ci maddələr) heyvanlar aləminin
mühafizəsi və istifadəsinin iqtisadi tənzimlənməsi
müəyyənləşdirilmişdir. Burada heyvanlar
aləmindən istifadəyə görə ödəmələr
və qeyri-qanuni heyvan ovuna görə cərimələr,
heyvanlar aləminə vurulan zərərin ödənilməsi
hüquqi cəhətdən müəyyənləşdirilmiş
heyvanlar aləminin mühafizəsinin səmərəli
istifadəsinin və artırılmasının stimullaşdırılması
şərh edilmişdir.
Qanunun
VII fəslində (52-54-cü maddələr) heyvanlar aləmi
haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
və mübahisələrin həlli təsbit olmuşdur.
Burada (maddə 53) göstərilir ki, heyvanlar aləmi
haqqındakı qanunu pozan şəxslər, respublika
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
inzibati, mülki-hüquqi və cinayət məsuliyyəti
daşıyırlar.
|