Homepage Ruzgar Photos
 

Azərbavcan respublikasının Cinayət Məcəlləsində Ekoloji cinayətlərlə bağlı maddələr

         Ekoloji cinayətkarlıq və bu cinayətlərlə əlaqədar olan cəzalarin tətbiq olunması Azərbavcan respublikasının Cinayət Məcəlləsinin 28-ci fəslində (247-261-ci maddələr) təsbit olunmuşdur. Bu Cinayət Məcəlləsi 1999-cu il 30 dekabr tarixli qanunla təsdiq edilmiş və 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir.

         Cinayət Məcəlləsinin 247-ci maddəsində - İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmağa görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması göstərilir.

        Cinayət Məcəlləsində əsas ekoloji cinayətkarlıq halları kimi – Suyu (su mənbələrini) çirkləndirmə (maddə 250), Atmosferi (havani) çirkləndirmə (maddə 251), Dəniz mühitini çirkləndirmə (maddə 252), Torpaqları korlama (maddə 254), Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma (maddə 255), Qanunsuz ov etmə (maddə 258), Qanunsuz ağac kəsmə (maddə 259), Meşələri məhv etmə və korlama (maddə 260), Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma (maddə 261) maddələri əsas yer tutur.

         Qanunvericiliyin 248-ci maddəsində Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarini pozmağa görə, cinayətin təhlükəlilik dərəcəsilə əlaqədar müxtəlif cərimələrdən – 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza göstərilmişdir.

         Cinayət Məcəlləsinin 249-cu maddəsində - Baytarlıq qaydalarına, bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma əməlinə görə müxtəlif dərəcəli cərimələrdən 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası göstərilmişdir.

 

  Homepage Ruzgar Photos