Homepage Ruzgar Photos
 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan respublikasının qanunu

Bu qanun 10 noyabr 1992-ci il Prezident fərmanı ilə (N 371) təsdiq edilmişdir. Qanun 8 fəsil, 41 maddədən ibarətdir.

         Bu qanun - əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəlliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəaritini sağlamiaşdırmağa dair döviət, regional və yerli proqramların yerinə yetirilməsinin hüquqi əsaslarını ifadə edir.

         Qanunun 2-ci maddəsində Azərbaycan respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri müəyyənləşdirilmişdir. Bu vəzifələr – insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi, sanitariya norma və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi, vətəndaşların saıamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılmasını nəzərdə tutur.

         Qanunun II fəslində Azərbaycan respublikası vətəndaşlarının əlverişli ətraf mühitdə yaşamaq hüququ təsbit edilmiş və göstərilmişdir ki, vətəndaşlar xəstələnmə dərəcəsi, epidemioloji vəziyyət, radiasiya şəraiti, ətraf mühitin vəziyyəti və bunlarin insan sağlamlığına tə’siri haqqında tam, düzgün və pulsuz mə’lumat almaq hüququna malikdirlər.

         Qanunun III-cü fəslində sanitoriya-epidemioloji salamatlığın təmin edilməsi sahəsində dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələri müəyyənləşdirilmişdir. Bu fəsildə kimyəvi maddələrin, bioloji vasitələrin və materialların tətbiqi, istifadəsi, zərəzsizləşdirilməsi və basdırılması sahəsindəki vəzifələr (maddə 17), ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı tələb olunan vəzifələr (maddə 20), təsərrüfat-içməli su təchizatına və əhalinin mədəni-məişət məqsədilə sudan istifadə etdiyi yerlərə olan sanitariya tələblərinə əməl etmək sahəsində vəzifələr (maddə 21), xaricdən satış alınan məhsulun göndərilməsi, satışı və istifadəsi zamanı qoyulan tələblər (maddə 22) xüsusi əhəmiyyət kəsb edir.

         Qanunun IV fəsli – Azərbaycan respublikasında dövlət sanitariya nəzarətininin təşkilinə həsr edilmişdir. Burada respublika dövlət sanitariya-epidemioloji xidmətinin vəzifələri, dövlət sanitariya nəzarəti, idarə sanitariya nəzarəti, istehsalat nəzarəti, ictimai sanitariya nəzarəti məsələləri əsas yer tutur.

         Qanunun V fəslində Respublika dövlət sanitariya-epidemioloji xidmətinin təşkili, dövlət sanitariya-epidemioloji xidməti sahəsində çalışan vəzifəli şəxslərin hüquqları, vəzifələri, mə’suliyyəti və sosial müdafiəsi əks olunmuşdur.

          Azərbaycan respublikasının sanitariya qanunvericiliyini pozmağa görə mə’suliyyət – qanunun VI fəslində, bu sahədə olan beynəlxalq müqavilələr isə VII fəsildə verilmişdir. Qanunun VI fəslində göstərilir ki, qida məhsullarının, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi açıq və yeraltı su təchizatı mənbələrinin, sututarların və dənizin sahilboyu zolağının, torpağın, atmosfer havasının, iş zonası havasının kimyəvi, fiziki, bioloji və başqa şəkildə çirkləndirilməsində təqsiri olan şəxslər respublika qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar.

                Bundan başqa, Qanunun 39-cu maddəsinə görə, ərzaq xammalının və qida məhsullarının keyfiyyərinə verilən tələblərə əməl edilməməsinə görə, habelə onların tərkibində müəyyən edilmiş gigiyena normativlərindən artıq zəhərli maddələr, insanların sağlamlığı üçün təhlükəli olan bioloji, kimyəvi maddələrin olmasında təqsiri olanlar, eyni zamanda ərzaq məhsullarının istehsalı, saxlanması, daşınması, satışı zamanı sanitariya qaydalarını və gigiyena normativlərini pozanlar ciddi məsuliyyət daşıyırlar.

 

  Homepage Ruzgar Photos