|
“Bitki
mühafizəsi haqqında” Azərbaycan respublikasının
qanunu
Azəbaycan
respublikası ərazisində bitki müfafizəsinin
təşkili və həyata keçirilməsinin hüquqi
əsaslarını müəyyən edən bu Qanun VI
fəsil və 17 maddədən ibarətdir. Qanun 3
dekabr 1996-cı ildə Prezident tərəfindən
imzalanmışdır.
Bitki mühafizəsi
haqqındakı Qanunun məqsədi – bitkilərin
və onların məhsullarının ziyanverici,
xəstəlik və alaq otlarından qorunması
məqsədilə elmi cəhətdən əsaslandırılmış
kompleks tədbirlərin həyata keçirilməsidir.
Qanunvericiliyə
görə, dövlət bitki mühafizə xidməti mülkiyyət
formasından və tabeliyindən asılı olmayaraq,
kənd təsərrüfatı müəssisələrində,
idarələrində və təşkilatlarında,
bitki mühafizəsi tədbirləri həyata keçirilən
digər sahələrdə fitosanitar nəzarətin
vəziyyətinə elmi əsaslarla istifadə edilməsinə
tam məsuliyyət daşıyırlar.
Bu Qanuna görə
- Dövlət bitki mühafizə xidməti bitki mühafizəsi
sahəsində, habelə pestisidlərin, bioloji və
digər bitki mühafizə vasitələrinin toksikoloji
təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini
itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi
maddələrin zərərsizləşdirilməsi
məsələlərində ekologiya və təbiəti
mühafizə, sanitariya-epidemioloji, baytarlıq və bitki
karantini üzrə dövlət xidmətləri ilə birlikdə
fəaliyyət göstərir (maddə 7).
Qanunun 8-ci
maddəsində Dövlət fitosanitar nəzarətinin
vəzifələri müəyyənləşdirilmişdir.
Burada göstərilir ki, Dövlət fitosanitar
nəzarəti - dövlət bitki mühafizə xidmətinin
ziyanverici və xəstəliklərinin, habelə alaq
otlarının aşkar edilməsi, onların
məhsullarının qorunması üçün
tədbirlərin görülməsi, bitki mühafizəsi
sahəsində Azərbaycan respublikasının
qanunvericiliyin pozulması hallarının aşkar
edilməsi və aradan qaldırılmasına yönəldilmiş
fəaliyyətdir.
Qanunun IV fəslində
(11-12-ci maddələr) göstərilir ki, bitkiləri
ziyanverici, xəstəlik və alaq otlarından qorumaq
üçün mütləq dövlət sınağından keçmiş
və respublikamızda tövsiyə edilmiş, kimyəvi,
bioloji və digər bitki mühafizə vasitələri,
xüsusi maşın və aparatlar tətbiq edilir. Mövcud
qanuna görə, bu və ya başqa ölkələrdə
dövlət sınağından keçməmiş, qeydə
alınmamış, habelə istifadəsi qadağan
olunmuş preparatların istehsalı, satışı,
xaricdən gətirilməsi və tətbiqi qadağan
olunur.
Qanunun V fəslində
- bitki mühafizəsi sahəsində müəssisələrin,
idarələrin, təşkilatların, torpaq mülkiyyətçilərinin,
torpaq istifadəçilərinin və vətəndaşların
vəzifələri təsbit edilmişdir. Burada göstərilir
ki, bitki mənşəli məhsulların tərkibində
pesrisidlərin, nitratların, həyat üçün təhlükəli
olan müxtəlif zəhərli maddələrin qalıq
miqdarı yol verilən normativ səviyyədən
artıq olarsa, onun satışına icazə verilmir.
Qanunun VI fəslində qeyd edilmişdir ki, bitki
mühafizəsi haqqında qaydaları pozduqda, kənd
təsərrüfatı məhsularını və ətraf
mühiti pestisidlərlə və müxtəlif zəhərli
maddələrlə çirkləndirdikdə, tərkibində
digər müxtəlif zəhərli maddələrin
qalıq miqdarı yol verilən normativ səviyyədən
artıq olan məhsuları satdıqda və mövcud
qanunun pozulmasının digər hallarında respublikamızın
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
intizam, maddi, inzibati və cinayət məsuliyyətinə
cəlb edilirlər.
|