|
“Əhalinin
sağlamlığının qorunması haqqında”
Azərbaycan respublikasının qanunu
X fəsil, 62 maddədən ibarət olan bu Qanun 26
iyun 1997-ci il tarixdə Prezident tərəfindən
imzalanmışdır.
Bu Qanun əhalinin
sağlamlığının qorunması sahəsində
vətəndaşlarla dövlət orqanları, eləcə
də dövlət və qeyri-dövlət səhiyyə
sistemlərinin subyektləri arasında yaranan münasibətləri
hüquqi cəhətdən tənzimləyir. Əhalinin
sağlamlığının qorunması hər bir
insanın fiziki və ruhi sağlamlığının
mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına,
tibbi yardımla tə’minatına yönəldilmiş
siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli
tədbirlərin məcmusundan ibarətdir.
Qanunvericilikdə
əhalinin sağlamlığının qorunmasının
əsas prinsipləri (maddə 1), dövlət və qeyri-dövlət
səhiyyə sistemi (maddə 4-5), sağlamlığın
qorunması sahəsində vətəndaşların,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquqlarının qorunması
(maddə10) müəyyənləşdirilmiş və
əhalinin sağlamlığının qorunması
sahəsində ailənin (maddə16), hamilə qadınların
və anaların (maddə 17), yetkinlik yaşına
catmayanların (maddə 18), hərbçilərin (maddə
19), pensiyaçıların (maddə 20) hüquqları şərh
edilmişdir.
Qanunun 22-ci maddəsində
fövqə’ladə hallarda ziyan çəkmiş və ekoloji
şəraitin əlverişsiz olduğu ərazilərdə
yaşayan vətəndaşların sağlamlığının
qorunması sahəsində hüquqları göstərilir.
Bundan başqa,
Qanunda Ailənin planlaşdırılması
və insanın reproduktiv funksiyalarının
tənzimlənməsi (29-31-ci maddələr), vətəndaşlara
tibbi-sosial yardımın həyata keçirilməsinə
zəmanətlər (32-41-ci maddələr), tibbi ekspertiza
(42-45-ci maddələr), tibb və əczaçılıq
işçılərinin hüquqları və sosial müdafiəsi
(46-56-cı maddələr) məsələləri
də hüquqi cəhətdən müəyyənləşdirilmişdir.
Qanunun IX fəsli (57-60-cı maddələr)
vətəndaşların sağlamlığına
vurulan zərərə görə mə’suliyyət məsələsinə
həsr edilmişdir. Bu fəslin 57-ci maddəsində
göstərilmişdir ki, ətraf mühitin çirklənməsi
nəticəsində vətəndaşların sağlamlığına
vurulan ziyan qanunvericilikdə müəyyən edilmiş
qaydada ziyan vuran hüquqi və fiziki şəxslər
tərəfindən ödənilir.
|