Homepage Ruzgar Photos
 

"Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan respublikasının qanunu

1997-ci il 30 dekabr tarixli Prezident fərmanı (N423-1Q) ilə imzalanan bu Qanun VI fəsil, 28 maddədən ibarətdir.

         Bu Qanun radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilmisinin hüquqi əsaslarınını, eyni zamanda radiasiya təhlükəsizliyinin tə’min edilməsi sahəsində hüquqi tənzimlənməni müəyyən edir.

         Qanunun 1-ci bölməsində radiasiya təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri (normallaşdırma, əsaslandırma, optimallaşdırma) şərh edilmiş, radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasında əsas şərtlər müəyyənləşdirilmişdir. Bu bölmədə radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün təşkilati-hüquqi, mühəndis-texniki, sanitariya-gigiyena, tibbi-profilaktik, təlimat və təhsil xarakterli tədbirlər kompleksinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

         Qanunun 2-ci bölməsində radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət və özünüidarə orqanlarının səlahiyyət və vəzifələri müəyyənləşdirilmişdir.

         Qanunun 3-cü bölməsində radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsi və nəzarətini əhatə edir. Burada radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramları və dövlət normallaşdırılması, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin həyata keçirilməsi və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai nəzarət təsbit olunmuşdur. 3-cü bölmənin ən mühüm məsələlərindən biri - radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai nəzarət hüququnun təsbit edilməsidir. Burada göstərilir ki, Azərbaycan respublikasının qanunvericiliyinə uyğun olaraq, ictimai birliklər radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən müəssisələrdə və təşkilatlarda norma, qayda və normativlərin yerinə yetirilməsinə ictimai nəzarət etmək hüququna malikdirlər.

         Qanunun IV fəsli Radiasiya təhlükəsizliyinin təmin edilməsinə qoyulan tələbləri əhatə edir. Burada əsas məsələ Radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi, qida məhsullarının istehsalı və istifadəsi zamanı, eyni zamanda tibbi rentgen-radioloji proseduralar keçirilən zaman əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsidir.

         Qanunun V fəsli – “Radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi” adlanır. Bu fəsildə əhalinin və işçilərin (personalın) radiasiya qəzasından mühafizə tədbirləri baxılmışdır. Qanunun 22-ci maddəsində göstərilir ki, radiasiya təhlükəsizliyinin təmin edilməsində tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxşlər Azərbaycan respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar.

            Qanunun VI fəslində - radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin və ictimai birliklərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Bununla bağlı 24-cü maddədə göstərilir ki, əhali və ictimai birliklər ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlardan onların səlahiyyətləri dairəsində radiasiya şəraiti və radiasiya təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlər haqqında obyektiv məlumat almaq hüququna malikdirlər.

 

  Homepage Ruzgar Photos