|
“Azərbaycan
respublikası Su Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan respublikasının
qanunu
Dörd bölmə, XVII fəsil və 105 maddədən
ibarət oıan bu qanunvericilik 27/XII – 97-ci il
tarixdə Prezident tərəfindən təsdiq edilmişdir.
Bu qanun Azərbaycan respublikasında su obyektlərinin
istifadəsi və mühafizəsi ilə bağlı
hüquq münasibətlərini tənzimləyir. Respublikanın
su obyektləri, Xəzər dənizinin Azərbaycana
mənsub olan bölməsi hüquqi cəhətdən Azərbaycan
xalqının milli sərvətidir, əhalinin həyat
və fəaliyyətinin əsası kimi istifadə
edilir və qorunur, flora və faunanın mövcudluğunu
təmin edir.
Su
məcəlləsinin I bölməsində qanunvericiliyin
mahiyyəti, su obyektlərinin istifadəsi və mühafizəsi
ilə bağlı münasibətlərin
tənzimlənməsi, respublikanın yeraltı, yerüstü
və sərhəd su obyektləri, su münasibətlərinin
subyektləri, su obyektləri üzərində dövlət
və bələdiyyə mülkiyyəti şərh
edilmişdir.
Məcəllənin
II bölməsi - su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində idarəetmənin təşkilinə
həsr edilmişdir. Bu bölmədə (16-29-cu
maddələr) su obyektlərinin istifadəsi və mühafizəsi
sahəsində dövlətin vəzifələri və
bələdiyyənin səlahiyyətləri, su
obyektlərinin dövlət monitorinqi, suların dövlət
uçotu, dövlət su kadastrı, su obyektlərinin
istifadəsi və mühafizəsi üzərində dövlət
nəzarəti müəyyənləşdirilmişdir.
Qanunvericiliyin III
bölməsi (30-95-ci maddələr) su obyektlərinin
istifadəsi və mühafizəsi qaydalarını
əhatə edir. Bu bölmədə (30-46-cı
maddələr) – su obyektlərindən istifadə hüququ,
su obyektlərindən istifadənin növləri, su
obyektlərinin istifadəyə verilməsi qaydaları,
sudan istifadə edənlərin hüquq və
vəzifələri, su təsərrüfatı
fəaliyyəti nəticəsində dəymiş
zərərin ödənilməsi izah edilmişdir. Bundan
başqa, su obyektlərindən əhalinin içməli su,
müalicə-kurort, sağlamlaşdırma, istirahət
və idman məqsədləri üçün istifadə
(47-50-ci maddələr), su obyektlərindən kənd
təsərrüfatı ehtiyacları üçün istifadə
(51-58-ci maddələr), sənaye və hidroenergetika
məqsədləri üçün istifadə (59-63-cü
maddələr), nəqliyyat ehtiyacları üçün
istifadə (64-65-ci maddələr), balıqçılıq
və ovçuluq üçün istifadə (66-73-cü maddələr),
xüsusi qorunan su obyektlərindən istifadə (74-76-cı
maddələr), tullantı suların axıdılması,
yanğından mühafizə və digər
məqsədlər üçün istifadə (77-80-ci
maddələr) qaydaları da Məcəllənin 3-cü
bölməsində şərh edilmişdir.
Qanunvericiliyin III
bölməsinin XIV fəslində su obyektlərinin mühafizəsinin
ümumi qaydaları təsbit edilmişdir. Burada (81-93-cü
maddələr) su mühafızə zonaları, su obyektlərinin
çirklənməkdən və zibillənməkdən
qorunması, sanitariya mühafizəsi zonalarının
müəyyən edilməsi, su obyektlərinə zərərli
təsirin yol verilən normaları, su obyektlərində
fövqə’ladə ekoloji vəziyyət və ekoloji
fəlakət zonaları haqqında hüquqi qaydalar öz
əksini tapmışdır.
Məcəllənin
94-95-ci maddələrində suların vəziyyətinə
təsir edən müəssisələrin, qurğuların
və digər obyektlərin yerləçdirilməsi, layihələşdirilməsi,
tikilməsi, bərpası və istismarının
hüquqi şərtləri ifadə olunmuşdur.
Qanunun sonuncu bölməsi
(IV) su obyektlərinin istifadəsi və mühafizəsi
tədbirlərinin iqtisadi tənzimlənməsi, mübahisələrin
həll edilməsi su qanunvericiliyinin pozulmasına görə
məsuliyyət məsələlərini əhatə
edir. Bu bölmədə su obyektlərinin istifadəsi
və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin
prinsipləri (96-cı maddə), sulardan pullu istifadə
(97-ci maddə), sudan istifadə haqqının müəyyən
edilməsi (98-ci maddə), su obyektlərindən istifadə
ilə bağlı ödəmə növləri və qaydaları
(99-cu maddə), su obyektlərinin istifadəsi və
mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi
(100-cü maddə) qaydaları göstərilmişdir.
Su məcəlləsinin 103-cü maddəsində
Azərbaycan respublikasının su qanunvericiliyinin
pozulmasına görə məsuliyyət qeyd edilmişdir.
Burada göstərilir ki, su qanunvericiliyini pozan vəzifəli
şəxslər və vətəndaşlar respublika
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
mülki, maddi, inzibati və cinayət məsuliyyəti
daşıyırlar. Bundan başqa, Məcəllədə
özbaşına tutulmuş su obyektlərinin qaytarılması
(maddə104) və Su qanunvericiliyinin pozulması ilə
vurulmuş zərərin ödənilməsi (105-ci maddə)
məsələsi də təsbit olunmuşdur.
|