Homepage Ruzgar Photos
 

Xəzər dənizi

            Xəzər dənizinin ekoloji problemlərini üç yerə bölmək olar:

   Kimyəvi çirklənmə; tökülən çayların (Xəzərə 130-a qədər çay axır),  sənaye obyektlərinin və kommunal dövrələrin axıntıları nəticəsində. Xəzər dənizinin suyunun 80 %-ə qədəri Rusiya ərazisindən Volqa çayı vasitəsilə gətirilir. Xəzərin kimyəvi çirklənməsində təxminən elə bu qədər də Rusiyanin payına düşür.

  Çirklənmə Xəzər dənizinə ciddi təhlükə yaradır. Bu- bütün Xəzər ölkələrinin problemidir. Azərbaycan sahillərinin böyük hissəsi az çirklənmiş hesab olunur, lakin bəzi sahillər – xüsusilə Bakı buxtası və Sumqayıt yaxınlığındakı sular – həddindən artıq çirklənmişdir. Bakı buxtasında 60 milyon kub metrdən çox çirkləndirici maddələr toplanmışdir ki, bunun da 40 %-ə qədərini neftli birləşmələr təşkil edir. Fenol və civənin səviyyəsi də çox yüksəkdir (0.2-1.0 və 5.0-140 Caspian sea in nightq/kq, uyğun olaraq). Sumqayıt yaxınlığındakı dib çöküntüləri hər kiloqram üçün 1-2 q hidrokarbon, 0.5-1.0 q fenol və 0.1-0.6 q civəyə malikdirlər. Bioloji nöqteyi-nəzərdən dib ərazinin bu hissəsi faktiki ölmüş hesab edilir, əsas etibarilə fauna ilə qidalanan balıqlara təsir edirlər. Bu ərazilərdə hidrokarbon və fenolların konsentrasiyası YVQ səviyyəsini 10-30 dəfə ötür. Bakı buxrasında oksigenin səviyyəsi 1.8-3.0 mq/l arasında dəyişir ki, bu da normadan 3-5 dəfə aşağıdır. Kür deltası sularında hidrokarbon və fenolların tutumu YVQ-dən uyğun olaraq, 36 və 10 dəfə çoxdur.

-         Xəzər dənizinin neftli çirklənməsi . Xəzər dənizində neft və qaz çıxarılması üzrə geniş miqyaslı işlərin başlanması dənizin ekologiyasına  mümkün təsirə görə narahatlıq yaradır. Bu işlər Azərbaycan sektorunda daha intensiv başlanmışdır. Təyin edilmişdir ki, Xəzərin su orqanizmləri üçün qazma şlamının ölümcül konsentrasiyası1.5-2.9 q/l, hədd konsentrasiyası 2.0-2.3 q/l –dir. Xəzər faunası nümayəndələri üçün qazma şlamının zərərsiz konsentrasiyası 0.3-0.4 q/l-dir.

-         Su səviyyəsinin rəqsi. Son 20 ildə Xəzər dənizinin səviyyəsi 2.5 m artmışdır. 807 kbadrat kilometr torpaq su altında qalmışdır ki, bunun da təxminən 90 %-ə qədəri Azərbaycanın cənub bölgəsində, Neftçala və Lənkəran ərazilərində yerləşir. Zərər çəkmiş əhalininn yerləşdirilməsi üçün 1700-1800 bina lazımdır. Yaşayış məntəqələriniun su altinda qalmasına və suyun səviyyəsinin qalxmasına görə kənd təsərrüfatı sahələri deqradasiyaya uğramışlar, “ekoloji qaçqınlar” əmələ gəlmişdir. Suyun səviyyəsiniun qalxmasına görə dəyən maddi ziyan 3-4.5 milyard ABŞ dollarına çatır

 Xəzər dənizinin ən mühüm regional problemlərindən biri nərə balığı problemidir. Xəzər dənizinin Azərbaycan sektorunda nərə balığının 7 növü məskunlaşır. Nərə balıqları ərzaq, dərman preparatlarının hazırlanması və kürü istehsalı üçün çox qiymətlidir. Əhəmiyyətlidir ki, dünya kürü istehsalının 90 %-i Xəzərin payına düşür. Xəzər dənizində nərə balıqları ehtiyatları tükənmə səviyyəsindədir. 80-ci illərdə Xəzərdə orta hesabla 25 min ton nərə balığı tutulurdusa, 1994-cü ildə nərə balığı ovu 7 min tona qədər azalmışdır. 1997-ci ildə regionun Xəzəryanı ölkələri ovun məhdudlaşdırılması barədə razılığa gəlmişlər. Azərbaycanın kvotası 160 ton təşkil edir. Xəzəryani ölkələr Xəzər dənizində nərə balıqlarının qorunması və mühafizəsi üzrə birgə fəaliyyət işləyib hazırlamağa başlamışlar.

        Xəzər dənizinin bütün ekoloji problemləri üzrə Azərbaycan bütün Xəzəryanı ölkələrlə regional problemlərin birgə həlli üçün əməkdaşlıq yaradır. Bu proyektlər Dünya bankı, BMT, Xəzər ekoloji Proqramı, İSAR Xəzər Proqramı və s. tərəfindən maliyyələşdirilir. TASİS Xəzər dənizinin çirklənməsinə nəzarət üzrə regional proqramı həyata keçirir. Dünya bankının maliyyə dəstəyi altında Xəzər dənizində nərə balıqlarının populyasiyasının artırılması və İVAKO Hollandiya firmasının maliyyə dəstəyi altinda Bakı buxtasının çirklənmədən təmizlənməsi üzrə proyektlər yerinə yetirilir.

 

  Homepage Ruzgar Photos