Homepage Ruzgar Photos
 

Kür-Araz

         Kür çayı hövzəsində 7 milyon əhali yaşayır. Çayın uzunluğu Türkiyə ərazisində 185 km, Gürcüstanda – 426 km, Azərbaycanda isə - 790 km təşkil edir. Kür çayı Türkiyə ərazisindən nisbətən təmiz halda Gürcüstanla sərhədi keçir və bu ərazidə həddindən artıq çirklənir. Gürcüstan və Azərbaycanın bütün ərazisi boyunca keçərək Xəzər dənizinə tökülür. Gürcüstanda Kür suyu ıçmək üçün işlədilmir və əsas etibarilə, kənd təsərrüfatı ehtiyacları üçün istifadə edilir. Gürcüstanda kənd təsərrüfatı torpaqlarının 236270 hektarı bu areall altına düşür. Azərbaycanda isə Kür çayı – şirin suyun əsas resursudur.

         Kürün çirklənməsinin əsas mənbələri aşağıdakılardır: munisipal xidmət, sənaye müəssisələri, kənd təsərrüfatı tullantıları. Kür üzərində həmçinin beş hidroelektrostansiya yerləşır: Zemoavçal, Ortaçal, Çitaxevsk, Şəmkir və Mingəçevir.

        Təəssüflər ki, Kür çayi hövzəsində yerləşən şəhərlər düzgün işləyən kanalizasiya sisteminə malik deyillər. Munisipal sularının təmizləmə qurğuları bərbad vəziyyətdədir. Çay yaxınlığında yerləşən təşkil edilməmiş zibilliklər də vəziyyəti çətinləşdirir. Bu sistemdə rekonstruksuyaların və təmir işlərinin çatışmaması Kür çayi suyunun keyfiyyətində ciddi pisləşmələr yaratmışdır. Konkret olaraq, orqanik maddələrlə - azot və fosfatın birləşmələri ilə çirklənmələr artmışdır.

         Tbilisi və Rustavi şəhərlərinin sənaye müəssisələri Gürcüstan ərazisində Kür çayinın çirklənməsinin əsas “qaynar nöqtələri”-dir. Rustavi metallurgiya zavodu sənaye ehtiyacları üçün 153.9 milyon kub metr Kür çayi suyu istifadə edir. 136.5 milyon kub metr istifadə olunan su Kür çayina axır və onu asılqan hissəciklərlə (7100 t), ammonium nitrogenlə (216.5 t), neft məhsulları ilə (18 t), fenolla (0.2 t) çirkləndirir. 1992–ci ilin mə’lumatlarına görə, Tbilisi 31-ci zavodun Kür çayina axıtdığı çirkli su tullantısı 1.8 mln kub metr təşkil etmişdir ki, burada da VOD (3.2 t), Xrom (4.5 t), neft məhsulları (1.5 t) olmuşdur.

         Kür çayi suyunun kənd təsərrüfatı axıntıları ilə çirklənməsi də əhəmiyyətli dərəcədədir. Kənd təsərrüfatında işlədilən bütün pestisidlər və kimyəvi zəhərlər çaylara düşür və son nəticədə onların əksər hissəsi Kür çayina axıdılır. Kür çayinın belə çirklənməsi Gəncə, Yevlax, Mingəçevir, Kürdəmir, Əlibayramlı və Azərbaycanın digər şəhərlərinin axıntıları ilə daha da artır və Bakı su kəmərinin nasos terminalına düşür. Bu terminal təxminən 2 milyon əhalinini içməli su ilə tə’min edir. Azərbaycanın Sabirabad rayonunda Arazla birləşən Kür çayi Zaqafqaziyanın bütün ekoloji ağrılarını Xəzər dənizinə dartıb aparır.

          Qeyd etmək lazımdır ki, Kür çayinın deltasında zərərli aşqarların konsentrasiyası onların yol verilən qiymətini fenol üçün 10, fosfatlar üçün 14, neft məhsulları üçün 20, nitratlar üçün 1.3 dəfə və s. ötür. Ona görə də Kür və Araz çaylarının çirklənməsinin qarşısının alınması problemi bütün Zaqafqaziya ölkələri üçün ümumi problemdir və onun həlli ictimaiyyətin bu problemə olan münasibətinin əsaslı surətdə dəyişməsindən əhəmiyyətli dərəcədə asılıdır.

 

  Homepage Ruzgar Photos