|
Neft
boru kəmərləri
Xəzər dəniz neft yataqlarının planlaşdırılan
intensiv istismarı ilə əlaqədar olaraq əsas
neftin nəqli marşrutu mühüm əhəmiyyət kəsb
etdiyindən geniş müzakirə obyektinə çevrilmişdir
və bu gün Bakı-Ceyhan qərb marşrutuna üstünlük
verilir. 5-6 ildən sonra ümumi uzunluğu 1800 km-ə
qədər olan bu marşrut üzrə ildə 35-40 milyon
ton Azərbaycan nefti və çox ehtimal ki, Türkmənistan
qazı və Qazaxıstan nefti də ixrac ediləcəkdir.
Bir sözlə, Azərbaycan və Gürcüstan ərazisinin
təqribən 400 min hektarı enerji daşıyıcılarının
nəqli üçün istifadə olunacaqdır və bundan xeyli
miqdarda gəlir əldə ediləcəkdir.
Amma
nəzərə alsaq ki, bu kəmər milli parklar,
qoruqlar, tarixi mədəniyyət abidələri,
kənd təsərrüfatı və nəqliyyat obyektlərindən,
habelə çayların üzərindən keçir, onda neft və
qazın nəqlində ətraf mühitin mühafizə məsələləri
mühüm əhəmiyyətə malikdir. Neft kəmərləri
obyektlərinin - əsasən terminallar, nasos stansiyaları,
təzyiqendirici stansiyalar, katodqoruyucular, klapan açarları
və s. obyektlərin ətraf mühitə emissiya (qaz),
axıntı (maye) və tullantı (bərk) mənbələri
olduğundan bu obyektlərə xüsusi əhəmiyyət
verilməlidir.
Hazırda
Xəzər neftinin daşınması üçün 3 tip neft
kəmərlərindən danişmaq olar: Bakı-Ceyhan
marşrutu üzrə planlaşdırılan əsas
ixrac neft kəmərləri:
1)
Azərbaycan dövlət neft şirkətinə
məxsus, uzunluğu 750 km olan, nefti mədənlərdən
emal zavodlarına daşıyan kəmərlər.
2)
Bakı-Supsa qərb və Bakı-Novorossiysk
şimal marşrutları üzrə ilkin nefti daşımaq
üçün mövcud neft kəmərləri.
Aşağıda
“Ruzgar” ekoloji Cəmiyyəti və Gürcüstanın Ekoloji
və Bioloji minitorinq Assosiasiyasının birlikdə
Bakı-Supsa Kəmərləri boyunca apardığı
ictimai monitorinqin nəticələri verilmişdir.
Xəzər
neftinin boru kəmərləri
ilə ixracı üçün Bakı-Supsa marşrutu
Bakı-Supsa
marşrutunun tədqiqat obyekti olaraq seçilməsi aşağıdakı
səbəblərlə bağlıdır:
-
Bakı-Ceyhan və Bakı-Supsa marşrutlarının
təqribən 700 kilometri eyni ərazidən keçir,
-
Bakı-Ceyhan marşrutu ilə bərabər
Bakı-Supsa marşrutunun da istifadə olunacağı
pianlaşdırılır və sonuncu müstəqil
ekoloji mahiyyətə malikdir.
Bu
marşrut üzrə əməkdaşlıq üçün Gürcüstanda
ictimai şüurun yüksəldilməsi sahəsində
kifayət qədər təcrübəli partnyorun olması
hər iki respublikanın ərazisində müvəffəqiyyətlə
çalışmağa imkan yaratmışdır.
Əvvəlcədən
Bakı-Supsa neft kəmərinin 960 km marşrutunun
coğrafi şəraiti təhlil olunmuşdur. Marşrut
Azərbaycan ərazisində Qaradağ, Hacıqabul,
Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir,
Tovuz və Ağstafa rayonlarından, Gürcüstanda isə
Qardabani, İqoeti, Surami, Adjameti, Kolxeti, Axali, Samqori,
Ksani, Çiaturi, Zestafoni, Usaxelo, Sazano və s. yaşayış
məntəqələrindən keçərək Supsa
terminalinda bitir.
Neft
kəmərləri sisteminin əsas obyektləri:
1)
Sanqaçal
terminalı
– Bakıdan 40 km cənub şərq istiqamətində
yerləşir, dənizdən çıxan nefti qəbul
edərək kəmərlərə ötürür
2)
Nasos
stansiyalarının -
təyinatı 60 atmosfer təzyiqlə borularla nefti
ötürməkdən ibarətdir. Nasos stansiyaları aşağıdakı
rayonlarda yerləşir:
NS № 5 - Ucar, Azərbaycan
NS № 8 – Şəmkir, Azərbaycan
NS № 11 – Axali, Samqori, Gürcüstan
NS № 13 – Ksani, Gürcüstan
NS № 15 – Didi Plevi, Gürcüstan
Azərbaycanin
Hacıqabul rayonunda yeni nasos stansiyası layihələşdirilmişdir.
3)
Təzyiqendirici
stansiya:
TES
№
1 Usaxelo (Çiaturi rayonu)
TES
№
2 Sazano (Zestafoni)
4)
Supsa terminalı,
Gürcüstanda Qara dəniz sahilində nefti tankerə yükləmək
üçün
5)
Klapanlı açarlar - Azərbaycan ərazisində cəmi
24 ədəd olmaqla, aşağıdakı çaylar
və magistral yollar üzərində ekoloji təhlükəsizlik
məqsədilə quraşdırılmışdır.
6)
Radiostansiyalar, Azərbaycanda
11 ədəd, Gürcüstanda isə 12 ədəd bütün
marşrut üzrə operativ rabitəni tə’min etmək
məqsədilə quraşdırılmışdır.
7)
Katodqoruyucular, cəmisi
400 ədəd, borularda elektrokimyəvi effekt əsasında
korroziyanın qarşısını almaq məqsədilə
quraşdırılmışdır.
Ekoloji
inventarlaşdırmanın nəticələri
Nasos
stansiyaları №
8 (Şəmkir) və № 15 (Ksani)
Əsas
obyektlər: 3 nasos
– 2-si daim işləyir, 1-i ehtiyatda saxlanılır.
Nasosların
gücü təqribən 400 kVt–a bərabər olmaqla saatda
135 litr dizel yanacağı sərf edir. Hər bir nasosun
məhsuldarlığı saatda 400 kub metrə bərabərdir.
Nasoslar hündürlüyü 3 m və diametri 20 sm olan tüstü borularına
malikdir ki, bunlar da atmosferə tullantı mənbəyi
kimi qeydə alınmışdır. Elektrik
enerjisi generatorları – 2 ədəd olmaqla dizel
yanacağı ilə işləyir, gücü 500 kVt-a çatır
və saatda 25 litr dizel yanacağı sərf edir.
Hündürlüyü 3 m və diametri 20 sm olan atmosfer tullantı
mənbəyinə malikdir.
Stansiyada
dizel yanacağının ümumi sərfi ayda 100 tona
yaxındır. Bu o deməkdir ki, tüstü qazlarının
aylıq ümumi miqdarı 1,2 milyon kub metrə qədərdir.
Dizel yanacağı üçün
rezervuarlar – 3 ədəd. Bir rezervuarın həcmi
90 kub metrə çatır və 7 m hündürlükdə yerləşən
qapağı vardır ki, bu da atmosferə karbohidrogen
tullntısı mənbəyidir.
Kəmərdən
daxil oıan nefti mexaniki üsulla ayıraraq ondan dizel
yanacağı alan reaktor da yüksəkliyi 5 metrə bərabər olan atmosferə
karbohidrogen tullntısı mənbəyi rolunu oynayır.
Bundan
başqa, obyektlərdə axıntı və bərk
tullantı mənbələri də vardır.
Nasos
stansiyalarında neft
axıntıları drenaj sistemi vasitəsilə
su-neft qarışığını ayıran separatora
daxil olur və sentrafuqa prinsipi əsasında ayrıldıqdan
sonra neft kəmərlərə, su isə analitik sistemdə
təhlil olunduqdan sonra kanala axıdılır.
Bütün
neft və neft məhsulları üçün olan rezervuarların
ətrafında həcmi daha böyük olan beton həcmlər
yaradılmışdır ki, qəza hallarında
neft bu həcmlərdə toplanılır və separatora
göndərilir.
Obyektlərdə
bərk tullantılar
inşaat işləri zamanı və boruların
parafindən təmizlənməsi zamanı periodik
olaraq meydana gəlir. Neftin keyfiyyəti ilə bağlı
olaraq müəyyən zamandan sonra “PİG” adlanan qurğu
Sanqaçalda boruya daxil edilir və nasos stansiyalarında
boru divarlarına yapışmış parafini çıxarır.
Sonra
parafin neftdən təmizlənir. Alınan tullantı
uyğun istehlakçılara verilir.
Təzyiqendirici
stansiyalar №
1 (Usaxelo) № 2 (Zestafoni)
yalnız Gürcüstan ərazisində yerləşmişdir
və bu marşrutun relyefi ilə bağlıdır.
Yüksəkliyi 1 kilometrdən çox olan aşırımlardan
sonra yüksəklik hesabına yaranan əlavə təzyiqi
endirmək üçün quraşdırılır. Təzyiq
ventillər vasitəsilə tənzimlənir və
3 tipli blokada sistemi vardır: distansiyadan idarə, yarımavtomatik
və əl ilə idarə olunan tənzimlənmə.
Təzyiqin
kritik halı aşdığı qiymətlərində
kəmərdə klapan bağlanır və neft həcmi
1800 kub metr (yüksəkliyi 10 m, diametri 17,5 m) ehtiyat rezervuara
toplanır. mosferə
tullantı mənbələri yüksəkliyi 3 m və diametri 20 sm, gücü 200 kVt olan
generatorun iki tüstü borusudur. Burada dizel yanacağı
xam neftdən alınmır, sisternlər vasitəsilə
gətirilir. Dizel yanacağı yüksəkliyi 4 m, diametri
3 m olan 27 kub metr həcmli rezervuarda saxlanılır
və bu da karbohidrogen
tullantı mənbəyi rolunu oynayır.
Kəmərdən
gələn neftin toplanması üçün ehtiyat rezervuarin
hündürlüyü 10 m, diametri isə 17,5 metrə bərabərdir.
Dizel yanacağının aylıq sərfi 10 tona çatır.
Rezervuardan
da karbohidrogen buxarının tədrici ayrılması
baş verir. Neft axintiları drenaj
sistemi vasitəsilə separatora gəlir və burada
ayrıldıqdan sonra neft boruya, su isə Dzusa çayına
axıdılır.
Bərk
tullantılar
burada da boruların təmizlənməsi zamanı
meydana gəlir ki, bu da müəyyən ayrılma prosedurasından
sonra istehlakçıya verilir.
Təzyiqendirici
stansiyalarda 3
filtr quraşdırılmışdır ki, onların
da hər biri daxil olan neftin 50 %-ni buraxa bilir. Bu da imkan
verir ki, filtrlərin birini təmizləmək üçün
dövrədən çıxarmaq mümkün olsun.
Nefti
boru kəmərindən tankerlərə yükləyən
Supsa terminalı
Atmosferə
əsas tullantı mənbələri:
Yüksəkliyi
16 m, diametri 66 m, həcmi 40000 ton olan hərəkət
edən qapaqlı 4 rezervuar;
Tam
gücü 1000 kVt, məhsuldarlığı saatda 2000 kub
metr olan və ayda 80 ton dizel yanacağı işlədən
3 nasos. Tankeri doldurma
prosesində nasoslardan ikisi gücünün yarısını
istifadə edir.
Tüstü
borusu
– atmosferə tullanti mənbəyinin diametri 40 inch,
hündürlüyü isə 15 metrdir.
Elektrik
enerjisi almaq üçün işlədilən hər birinin gücü
800 kVt olan 3 generator dizel
yanacağı ilə işləyir. Bundan əlavə,
gücü 450 kVt olan bir ehtiyat generator
vardır. Dizel yanacağının sərfi saatda
35-40 litr olmaqla ayda 20 tona çatır.
Tüstü
qazlarının
ümumi həcmi ayda
1,2 milyon kub metrdir. Zərərli tullantıların
aylıq miqdarı: NOX = 78, CO= 840, RH= 540,
SOX= 336 kq.
Bundan
başqa, dizel yanacağı üçün tutumu 160 ton olan rezervuar
da vardır ki, o da atmosferə tullantı mənbəyidir.
Terminaldan
üzən yükləmə qurğusuna qədər borunun
uzunluğu 3 km, borunun diametri 914 mm-dir.
Axıntılar
nasosların filtrlərini yuyarkən, dizel yanacağını
doldurarkən, boruları parafindən təmizləyərkən
və digər istehsalat proseslərində yaranır.
Neftli
sularda neftin qatılığı 10000 mq/l olduğu
halda, separatorda təmizləndikdən sonra bu rəqəm
10 mq/l -i aşmır və bu halda su hövzələrinə
axıdılır. Separatorun məhsuldarlığı
saatda 10 kub metrə çatir. Təmizlənən neft tsiklə
qaytarılır, su isə çaya axıdılır
Bərk tullantılar burada da borular təmizləndikdə
meydana gəlir.
Radiostansiyalarda
ətraf mühiti çirkləndirici mənbələr az
güclü (30 kVt-a qədər) elektrik generatoru və həcmi
10 kub metr olan dizel yanacağı çənindən ibarətdir.
Elektrik enerjisi yalnız işıqlandırma məqsədi
üçün istifadə olunduğuna görə tələb olunan
dizel yanacağının miqdarı və bununla bağlı
atmosferin çirklənmə dərəcəsi çox aşağıdır.
Klapanlı ventillər
Ölçmələr
göstərir ki, istismarın başlanğıc mərhələsində
bu klapanlar germetikdir və onlardan emissiya və axıntılar
yox dərəcəsindədir.
Katodqoruyucular
da hazırkı vəziyyətdə ətraf mühit
üçün təhlükə törətmir.
Beləliklə,
aparılan müstəqil ictimai ekoloji inventarizasiyanın
nəticəsində ixrac neftin qərb marşrutu
üzrə yerləşən tullantı və axıntı
mənbələri haqqında ətraflı informasiya
əldə edilmişdir. Nəticələrdən
məlum olur ki, başlanğıc halda texnologiya kifayət
qədər etibarlıdır və müəyyən
şərtlərdə ekoloji cəhətdən təmiz
rejimdə çalışa bilir. Gələcəkdə
texnologiyanın ekoloji təhlükəsizliyinin təminatı
onun istismar şərtlərinə əməl edilməsindən
, qəza və insident hallarının qarşısının
alınması şəraitindən asılı olacaqdır.
Bu məsələlərin həllinə daimi ictimai
nəzarəti təmin etmək üçün təbii ki, periodik
olaraq analoji inventarlaşdırmanın təşkil
edilməsi zəruridir.
Layihənin
həyata keçirilməsi nəticəsində alınan
bu informasiya yerli rayon qəzetləri, görüşlər
və s. vasitələrlə ictimaiyyətin nəzərinə
çatdırılacaqdır.
|